Baş nazirin səriştəsizliyi

 

Əli Əsədov yeni qərar imzalayıb. Baş nazirin qərarına əsasən avqust ayında, şənbə və bazar günləri ictimai nəqliyyat işləməyəcək. Bu hal avqust ayının sonuna kimi qüvvədə qalacaq, ehtimal var ki, müddəti uzadılsın. Gündəlik qanun qəbul edə bilib icra edə bilməyən məmurlar, röyalarında gördükləri “yuxu”ları həyatda gerçəkləşdirmək istəyirlər. Hansı səbəbə əsasən avqust ayının şənbə və bazar günləri ictimai nəqliyyat işləməməlidir? Gündəlik durumu yaxşı olmayan, borcla dolanıb ailə saxlayan, fəhlə, kasıb, fəqirlər nə etməlidir? Dünyanın digər ölkələrində olan nazirlər, xalqın güzəranını düşünərək fikir formalaşdırıb, sonradan ictimaiyyətə təqdim edirlər.

“Pandemiyanı səbəb kimi göstərib, xalqı əsarət altında saxlamaq” ideyası kimə məxsusdur? İctimai nəqliyyatdan istifadə koronanın yüksəlməsinə səbəb olursa, bu kimi hallar digər nəqliyyat vasitələrində keçərli deyilmi? Niyə xalqa zülm verirsiniz? Əhaliyə faydası olmayan qərarlardan nə həzz alırsınız? Hökumətin qəbul etdiyi əsassız qərar sadəcə bundanmı ibarətdir?
Lazımsız qərarlar səriştəsizlikdən, bacarıqsızlıqdan irəli gəlir.
Ən maraqlısı isə, xalqın bu kimi zülmə səssiz qalmasıdır.Nə vaxta kimi?…

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın