Baş Nazir Əli Əsədov yenə öz ampulasında…

Baş Nazir Əli Əsədov Milli Məclisdə, 2021-ci ilin hesabatını müzakirəyə çıxaracaqdı. Söhbət dövlət büdcəsinin cari ildə səmərəli xərclənməsindən gedir. 2021-ci ildə pandemiya və Qarabağda yenidənqurma işlərinə dövlət büdcəsi milyardlarla manat vəsait ayırdığını da qeyd etmək olar.
Əli Əsədovun bu işlərə dair müzakirə aparacağını əvvəlcədən bilmək olar.

Baş Nazir təyin olunduğu gündən Əli Əsədov dövlətin bu cür xırda işləri ilə gündəmə gəlməkdədir. İlham Əliyev rəhbərliyi insanların sosial durumu barəsində bu günə qədər Milli Məclisdə bir dəfə də olsun müzakirə apramamışdır.
Qeyd etmək istəyirik ki, anlamaq çətindir – bu gün Baş Nazirin büdcə ilə bağlı müzakirələri nəyə lazımdır?.
Bu hakimiyyət gəldiyi gündən yalnız öz xeyri üçün çalışdığından, dövlət büdcəsinin müzakirəsi də məmurlardan başqa heç kimə lazım deyildir.

Azərbaycan hakimiyyətinə İlham Əliyev və onun korrupsioner, rüşvətxor məmurları başçılıq edirsə, ölkədə nəyi isə müzakirə etmək mənasızdır. Bu günə kimi, büdcəyə ayrılan milyardlar məmurlartərəfindənmənimsənilməkdəddir.
Arabir pozlar verən Baş Nazir Əli Əsədov yaxşı olar ki, Milli Məclisdə vətəndaşlarımızın problemləri barəsində çıxışlar etsin. Onsuz da xalqımız dövlət büdcəsinin necə bölüşdürdüyünü çox gözəl bilir.
Sonda qeyd etmək istərdik ki, əgər Baş Nazirin xalqa bir xeyri yoxdursa, hakimiyyətə bir təsiri yoxdursa, nəyə lazımdır?
Onun aldığı aylıq məvacib hansısa kasıb ailənin illik gəlirin bərabərdir. Bu gün Azərbaycan xalqının İlham Əliyev və onun məmurları Əli Əsədov kimilərinə ehtiyacı yoxdur.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın