Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin “1033” gecə klubunda keçirdiyi “MÜƏMMALI” əməliyyat

 

Bakının Yasamal rayonu, Tiflis prospektində yerləşən tanınmış “1033” klubunda, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirmişlər. BMCMİ (Banditizim – Terrorizm) dən verilən məlumata əsasən, əməliyyat pandemiya qaydalarının pozulması ilə əlaqədər olmuşdur və saxlanılanlar vardır.

Maraqlısı budur ki, niyə? pandemiya qaydaları ilə, siravi polis və sahə müvəkkili deyil, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirir.

Bu əməliyyatın iki sirri və bir məqsədi vardır:

Birincisi, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi yalnız anti – terror, narkotik dövriyyəsi, dövlətə qarşı təxribat, qaçaqmalçılıq və s kimi əməliyyatlarda iştirak etmək üçün yaradılmış və fəaliyyətini bu istiqamətdə aparmaqdadır. Görünür, hansısa məmur övladı bu əməliyyatda həbs edilib və adı sirr saxlanır. Külli miqdarda pulu əlindən alınandan sonra azadlığa buraxılacaqlar.

İkinci versiya isə, pandemiya ilə əlaqədər, bəzi polis strukturları dolana bilməməsidir (rüşvət gəlirləri azalıb). Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi anlayır ki, həmin kluba gələnlər yalnız çox imkanlı məmurların övladlarıdır. Bu səbəbdən, Azərbaycanda ən bahalı gecə klublarından biri sayılan “1033”- də əməliyyat keçirildi ki, saxlanılan məmur balaları müəyyən pul müqabilində sərbəst buraxılsınlar.

Beləliklə, hər iki tərəfdən baxsaq, məqsəd rüşvət almaqdır. Pandemiya ilə əladar əməliyyat keçirməyə heç bir ehtiyac yoxdur. Sadəcə, qanun pozanları yerində cərmələmək yetərlidir. Azərbaycan dövlət qanununda bunu deyir.

Xatırladaq ki, DİN-nin yaydığı məlumata görə əvvəllər məhkum olunmuş “1033” gecə klubunun rəhbəri Mehdi Abbasov və bir neçə nəfər saxlanılmışdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın