Bəzi qüvvələr zamanı gələndə Zelenskini qurban verə bilərlər

Rusiyanın Ukrayna suverenliyinə təcavüzü davam edir. Bu günə qədər olan nəticələrə aydınlıq gətirmək istərdik. Sanki müharibəni Putin və Zelenski deyil, müəyyən qüvvələr idarə etməkdədir. Hələlik diqqət mərkəzində iki liderin olması ondan xəbər verir ki, bəzi qüvvələrin istədiyi vəziyyət hələ də olmamışdır.

Fikir versəniz, Ukrayna prezidenti Vladimir Zelenski Qərb və NATO – ya qarşı öz iradların dilə gətirir. Bunu siyasi gediş kimi də dəyərləndirə bilərik. Ukrayna tərəfinin bu qədər açıq danışması onu göstərir ki, həmin bəzi qüvvələr hələlik gözləmə siyasətini aparmaqdadırlar.

Müharibə zamanı danışıqların 3-ü tərəflər arasında rəsmi, digəriləri isə üçüncü prezidentiləri ilə aparılsa da bir nəticə əldə edilməmişdir. Ən yaxşı nəticənin müvəqqəti atəşkəs olduğunu demək olar. Bu da hümanitar məqsədlərlə razılıqla gəlinmişdir.
Hər iki tərəf güzəştə getmək istəmir, Zelenski isə, ümumiyyətlə, sona kimi mübarizə aparacaqlarını qeyd edir.

Belə olduğu halda qeyd etdiyimiz qüvvələr istənilən vəziyyətə müdaxilə etmək, , istənilən atəşi dayandırmaq gücünə malikdirlər. Bəs bunu necə edəcəklər?
Bu gün müharibənin uzanmasına dünyanın maraqlı olduğu bir daha sübut olunur.
Fikir versəniz, Qərb dövlətləri Ukraynaya silah yardımını ehtiyatlı şəkildə tədarük edirlər və bununla da tərəflərin gücünü tükətməyə çalışırlar.

Sonda bir şeyi vurğulamaq istərdik, Ukraynadakı vəziyyət çox həssasdır və tərəflər bu müharibəyə son döyüş kimi baxırlar. Hər halda, Zelenski və onun ətrafı və Amerika tərəfdən Putinə qarşı oyun da oynanıla bilər. Digər tərəfdən isə, bəzi qüvvələr istədiyini əldə etsə, Ukrayna prezidenti Vladimir Zelenskini də qurban verməyə hazır olacaqlar. Ya Putin yox olmalı, ya Zelenski.
Deyə bilərik ki, Putinin məhvi Rusiya ilə birlikdə bir neçə ay, il sonra ola bilər. Bu gün isə, bölgədə sülhə nail olmaq üçün ən asan variant Zelenskinin aradan götürülməsidir. Bir sözlə, Ukrayna istənilən vaxt lidersiz qala bilər…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın