Bəzi dövlətlər bizim zəif nöqtəmizi bilərək bundan istifadə edirlər

Hörmətli Azərbaycan xalqı, bizim xalqa qarşı illərdir ki, xarici dövlətlərin necə siyasət apardığını sizlərə dəfələrlə söyləmişik. Yəni sığal çəkə – çəkə ölkəmizə qarşı məkrli siyasətlərini yürütməkdədirlər.

Problem isə, bizi sığallayanlarda deyil, bizlərin şəxsiyyətlərindədir.
Axı bizim millət nəticədən asılı olmayaraq təriflənməyi sevir. Biz sizlərə dəfələrlə bu barədə xəbərdarlıq etmişik…
Bu gün daha bir sübutumuzu sizlərə təqdim etmək istərdik.

İlk növbədə götürək Böyük Britaniyanı. Bu ölkədə ermənipərəst mövqeyi ilə seçilən deputat Baronessa Koksun Azərbaycan qarşı və Qarabağa dair qərəzli mövqedən çıxışının üstündən bir neçə gün keçmişdir. Azərbaycan barəsində Böyük Britaniya parlamentində qızğın təbliğat getdiyi vaxtda, həmin birliyin Azərbaycandakı səfiri Ceyms Şarp ölkəmizdə klassik avtomobil yürüşünə qatılır.

Digər tərəfdən, Fransanı qeyd etmək istərdik; bu yaxınlarda Paris meri Anna İdalqonun Azərbaycan şəhəri Xankəndinə qanunsuz səfərini gördük. Azərbaycan tərəfi dərhal Fransanın ölkəmizdəki səfiri Zakari Qrosu Xarici İşlər Nazirliyinə çağırdı və etiraz məktubunu təqdim etdi.
Bu gün isə, fransalı səfir may ayının 28- də fermerin yaralanması ilə, sosial şəbəkələrdə öz təəssüflüyü ilə bağlı bir neçə cümlədən ibarət fikir paylaşmışdır.

Hörmətli Azərbaycan xalqı, bunlar hamısı bir siyasi oyun olaraq qalmaqdadır. Bu cür siyasətə aldanaraq özümüzü bədbəxt etmişik. Bir daha qeyd edim ki, fikir versəniz görəcəksiniz, bu ölkələr ermənilərə beynəlxalq arenada , bizə isə avtomobil, ağac əkmək kimi dəstəklər verməkdədirlər.
Bu əməllər hamısı bir xalq olaraq xarakterimizin mənfi cəhətidir.
O bizi təriflədi, səhv edib daha etməz, düz yolda olmayıb, qonaqdır, el – aləm nə deyər və s, kimi fikirləri unutsa yaxşıdır. Biz bu həyatda qalmaq istəyiriksə, ən azından tarixə nəzər etməliyik; ömür boyu rus- erməni terrorçuları bizlərin üzünə gülərək öz çirkin əməllərini icra etmişlər. Bir sözlə, unutqanlıq kimi xüsusiyyətlər bizdə olmamalıdır!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın