Bərdədə ikinci erməni terroru

İşğalçı Ermənistan öz terrorçu əməllərindən əl çəkmir. Dünən işğalçı Ermənistanın Bərdəyə ikinci terror hücumu nəticəsində 21 nəfər mülki şəxs həlak olmuş, 60 nəfərə yaxın isə yaralanmışdır. Ermənistan şasnlı Azərbaycan ordusu ilə bacara bilmədiyi üçün mülki insanları hədəf alır. Dünyada ermənilər üçün sülh istəyənlər niyə indi səslərini çıxarmırlar? Xatırladım ki, bu terrordan bir gün qabaq Bərdədə ermənilərin hücumu nəticəsində 5 nəfər həlak olmuş, 16 nəfər isə yaralanmışdır. Allah terror qurbanları və şəhidlərimizə rəhmət eləsin. Bu xain hücumların cavabını qəhrəman ordumuz döyüş meydanlarında artıqlaması ilə vermişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: