Bütün dünya əsgərlərimizin döyüş qabiliyyətinə və qəhrəmanlığına heyran qalıb

Oktyabrın 8-i Şuşamızın azad edilməsində qehrəman əsgərlərimizin şucaəti bütün dünyanı şoka salmışdır. İşğalçı Ermənistan ordusu Azərbaycan ordusunun Şuşada peyda olmasından hələ də şoktadır. Təbii ki, dağlıq ərazilərdə sıldırım qayalardan və aşağıdan yuxarı qəhrəmancasına şığıyan igidlərimiz düşməni qorxuya salmışdır. Şuşanın azad edilməsinden sonra Xankəndində olan xarici jurnalistlər etiraf ediblər ki, gətirilən erməni əsgərlərinin üzərində bıçaq və yaxın məsafədən vurulmuş güllə yaraları vardı. Xarici döyüş ekspertleri yazırlar ki, Şuşanın azad edilməsində PUA-lar, tanklar ve ağır texnikalar Azərbaycan tərəfindən istifadə edilməmişdir. Beynelxalq ekspertlerin fikrincə Azərbaycan ordusunun düşməni görünməmiş taktikadan istifade edərək məğlub etmesi, dünya döyüş aleminə bir yenilik gətirmişdir. Artıq dünya dövlətləri əsgərlərimizin bu cür döyüş qabiliyyətlərini mənimsəməkdə maraqlıdırlar. Yaşasın Azərbaycan əsgəri, eşq olsun dünyanı lərzəyə salan ordumuza.

Mikayıl Əsədov.

Bunu paylaş: