Büdcəni yol tikintisine yox, uşaq pullarına ayırın !

Hörmətli oxucular, prezident İlham Əliyevin son günlər imzaladığı sərəncam nəticəsində Bakı -Şamaxı-Yevlax yoluna 3.5 milyon manat, Ağdaş rayonuna 16.4 milyon, Qazax rayonuna isə 2.2 milyon manat pul yol tikintisi və yenidən qurulmasına ayırmışdır.
Son vaxtlar İlham Əliyevin yalnız yol tikintilərinə başı qarışması ümumiyyətlə,xalqın yaşayışının yaxşılaşdırılması üçün heç bir tədbir görülməməsi çox ağır haldır. Artıq yol tikintisini durdurub Milli Məclisdə ara -sıra səslənən uşaq pulları məsələsinə nəzər etsələr daha çox xoş olardı. Büdcədən həmişə olduğu kimi, ayrılan bu külli miqdarda yol tikinti pulları iqtisadiyyyata çox böyük zərər vurur. İlham Əliyev bu daxili, xarici siyasətini və analoqu olmayan inkişafı yolla başlayıb, yolla da bitmək üzrədir.

İmza; Mikayıl Əsədov.

 

Bunu paylaş: