Böyük Britaniyadan Azərbaycana tarixi dəstək

Birləşmiş Millətlər Təşkilatının daimi üzvü olan Böyük Britaniyadan Azərbaycana tam dəstək gəlib. Bir neçə gün əvvəl BMT-də daimi üzvlər tərəfindən Azərbaycana qarşı yeni bəyanat səs verilmək üçün çıxarılsa da, Britaniya bu bəyanata „VETO” qoyması ilə əlaqədar bu qərar qəbul edilməyib.
Bəyanatda deyilir ki, Azərbaycan hərbi əməliyyatları dərhal dayandırmalıdır. Baş verən proseslərə üçüncü ölkələrin hər hansı formada müdaxiləsinin yol verilməz olduğunu, münaqişə zonasında terrorçuların mövcudluğunu və Ermənistanın işğalçılıq siyasətindən bəhs olunmaması, ölkəmizə qarşı qərəzli mövqedir. BMT -də Böyük Britaniyanin nümayəndəsi Barbara Vudvord bu qərarın qəbul edilməz olduğunu və Azərbaycanın öz torpaqlarında döyüşdüyünü bildirmişdir. Xatirladaq ki, bir müddət əvvəl BMT-də buna bənzər qərar sesverməyə çıxarılsa da, müvəqqəti üzv olan dövlətlər ( Qoşulmama Hərakatı Üzvləri) də bu qərara „VETO” qoymuşdur.

Mikayıl Əsədov.

Bunu paylaş: