Böyük Britaniyadan Azərbaycana dəstək

Böyük Britaniyanın Cənubi Asiya və Şimali Afrika üzrə dövlət naziri və Xarici İşlər nazirinin müavini Lord Tarıq Əhməd Azərbaycan üçün çox mühüm məsələyə toxunub. Lordlar palatasında erməni lobbilərindən biri kimi sayılan Baronessa Koksunun təxribatçı suallarına cavab olaraq Azərbaycana tam dəstək nümayiş etdirib. Böyük Britaniya Lordlar Palatasında Lord Tarıq Əhməd birbaşa: ” Azərbaycanın ərazi bütövlüyünə hörmət olunmalıdır”,- deyərək Koksunu yerində otuzdurub.

Baronessa Koksun Britaniyada Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən dövlət nümayəndəsidir. O, 44 günlük müharibə zamanı da aktiv şəkildə ölkəmizin beynəlxalq hüquq normalarını pozmağa çalışırdı.

Böyük Britaniya hökuməti çox gözəl anlayır ki, Azərbaycanla münasibətlərin korlanması onlara heç də xeyir gətirməyəcəkdir. Bu səbəbdən Böyük Britaniyadan narahat olmağa dəyməz. Çünki zadəganların dünyada ən böyük şirkətləri Ölkəmizədə enerji sahəsində mühüm yer tutmaqdadırlar.

Sonda isə, Lord Tarıq Əhmədin ermənipərəst deputata bu cür cavab verməsi, birbaşa Böyük Britaniya Krallığının mövqeyi olduğunu təsdiq edir. Dəfələrlə dumanlı ölkə beynəlxalq tribunalarda Azərbaycanın mövqeyini dəstəkləmişdir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın