Bölgəmizdə vəziyyət dəyişir, üçüncü müharibə ab-havası artır

Son vaxtlar bölgədə vəziyyət aktivləşməyə doğru getməkdədir. Ermənistan və Azərbaycan arasında yenidən gərginlik artır. İlham Əliyevin Türkiyə, Nikol Paşinyanın Moskva və ardınca Ermənistan Xarici İşlər nazirinin Brüssel səfəri buna bir sübutdur.
Xatırladaq ki, Azərbaycanın Ermənistana təklif etdiyi beş bəndlik sülh danışığına, qarşı tərəf altı bəndlə və Qarabağın müstəqilliyinin tanınması ilə cavab verdi. Rəsmi İrəvanın cavabı ilə, danışıqlar prosesini yenidən qırılma nöqtəsinə çatdırdı.
Üstəlik də Zəngəzur məsələsinin ikinci plana salınması Azərbaycanın yenidən müharibəyə hazırlıq görməsinə gətirib çıxardı.

Bilirik ki, Brüssel görüşündən sonra Ermənistan Avropanın dəstəyini ala bilmədi. Hər zaman olduğu kimi, yenə də ümid Rusiya təxribatlarına qaldı. Görünür, İlham Əliyevin Türkiyəyə səfərində Ərdoğanla müzakirə edəcəyi əsas məsələ, Azərbaycanda baş tuta biləcək yenidən erməni – rus təxribatları cavabdır.

Rusiya Ukraynada uğursuzluğa düçar olduqca digər bölgələrdə də, təxribatlar törədərək vəziyyətdən çıxış yolu axtaracaqdır. Ola bilsin ki, Putin KTMT-nın tədbiri zamanı Paşinyana Qarabağda təxribatlar törətmə əmrini versin. Bu səbəbdən bölgəmizdə yenidən müharibə alovlana biləcəyi ehtimalı yüksəkdir.

Sonda qeyd etmək istərdik ki, əgər üçüncü dəfə Azərbaycan- Ermənistan müharibəsi baş tutarsa, bu, rəsmi İrəvanın sonu olacaqdır. Bu dəfə isə, Azərbaycan tərəfi Paşinyanın yalvarışlarını və Rusiyanın xahişini yerinə yetirə bilməyəcək.
Ehtimal budur ki, Ermənistan müxalifəti də Paşinyana qarşı kütləvi mitinqlər keçirməkdədirlər. Nikolun vəzifədə qalması üçün Azərbaycanla müharibə qaçılmazdır…

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın