Bölgədə yeni oyun gedir…

 

Rusiyanın təsiri və 44 günlük müharibəyə davamlılığa tab gətirə bilməyən Ermənistan məcbur edilərək, Azərbaycanla döyüşü dayandıraraq, bir gecədə kaptuliyasiya aktına imza atdı. Amma sərhəd məsələsinə gələndə bilərəkdən vəziyyəti gərginləşdirirlər. Bütün bunlar nəyə hesablanıb görəsən? Rusiya vəziyyəti gərginləşdirməkdə nəyə nail olmaq istiyir? Hərçənd ki, Rusiya çox gözəl bilir Qaragöl Azərbaycana məxsusdur və ona görə də Paşinyan, Azərbaycana şərtlər qoymaq niyyətindədir.

Onun sözlərinə görə, hazırda 600-ə yaxın Azərbaycan hərbçisinin Ermənistan ərazisində qaldığını və vəziyyətin gərgin olduğunu bildirib. Yeni razılaşmaya əsasən Ermənistanla Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsinin ermənilərin maraqlarına 100% cavab verdiyini və təhlükəsizliyə zəmanət verildiyini yazır..
Azərbaycan hökuməti, razılaşmaya yenidən göz atmalı, öz mövqeyini bildirməlidir.

Bu məsələdə düşmən qonşu ölkəyə sərf edəcək bəndlər olacaq. Azərbaycan əleyhinə olan bütün bəndləri qeyri – şərtsiz, rədd etmək və imza atmamaq lazımdır. Bu da öz növbəsində, yenidən müharibə başıayacağına dəlalət edir. Ekspertlərin fikrincə, bölgədə müharibə hər zaman başlaya bilər. Ermənistan bu dəfədə Azərbaycana qarşı yenidən müharibəyə başlasa, bu İrəvanın sonu olacaqdır.

Rəşad Şıxəliyev.

Bunu paylaş: