Bölgədə vəziyyətin gərginləşməsində Fransa izi…

Ermənistanda vəziyyətin gərginləşməsi kimlər tərəfindən icra olunur?
İlk öncə diqqəti erməni müxalifətinin toplandığı Fransa küçəsindən başlayaq. Bilirik ki, ermənilərin əsas diaspor cəmiyyəti Fransada yerləşməkdədir və ölkə daxilinə böyük təsirə malikdir. Bu gün müxalifətin aktivliyindən Fransadan idarə olunduğunu deyə bilərik.

Qayıdaq 44 günlük müharibə zamanına. Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsindən imtina etməklə Fransanın ölkəmizə təsirini sıfıra endirdi. Daha sonra ölkəmiz Rusiya və Amerika formatında Ermənistan – Azərbaycan danışıqlarını davam etdirməyə razılıq verdi.
Digər tərəfdən, Türkiyənin mövqeyi bölgədə gücləndirdi.

Elə rəsmi Parisi də narahat edən budur.
Türkiyə Afrikada, Asiyada Yaxın- Şərqdə Fransanın mövqeyini zəiflətməyə başladı. Bu isə, Parisin etirazına səbəb oldu və bir tərəfdən Yunanıstanı, digər tərəfdən Ermənistanı qarışdırmağa başladı. Fikir versəniz, Fransa Yunanıstanı intensiv şəkildə silahlandırlr və Ermənistandakı müxalifətə tam dəstək verir. Məqsəd Ermənistan-Türkiyə, Yunanıstan-Türkiyə münasibətlərinə xələl gətirməkdir. Çünki Paris rəsmi Ankaranın bölgədə güclənməsində maraqlı deyil.

Ermənistanda aranın qızışması, Fransa küçəsindəki toplaşma, Türkiyə və Azərbaycanla düşmənçilik mövqeyinin davam etməsində kimlərin əl işinin olduğunu aydın görürük. Digər tərəfdən də, Yunanıstanın son bir neçə gündə Türkiyənin sərhədlərini pozması rəsmi Ankaraya, rəsmi Paris tərəfindən bir ismarıcdır.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın