Bölgədə vəziyyət Rusiyanın istədiyi kimi gedir

Son zamanlar Azərbaycan və Ermənistan arasında Laçın şəhərinin təhvil verilməsi mövzusu gündəmdən düşmür. Söhbət 10 noyabr bəyanatından gedir ki, Rusiya Ermənistanla birgə 3 il müddətinə Laçın dəhlizinə alternativ yol inşa etməlidir. Yəni Xankəndinə gedən yol Laçın şəhərinin içindən keçməmək şərti ilə.

Bir neçə gün bundan əvvəl isə Baş Nazir Nikol Paşinyan Laçında işğalçılıq siyasəti nəticəsində məskunlaşmış erməniləri başqa yerə köçürəcəklərini və onları evlə təmin edəcəklərini qeyd etdi.

Putin, Əliyev və Paşinyan arasında imzalanmış bəyanata əsasən isə bunun müqabilində Ermənistan Azərbaycana Zəngəzur təminatı verməlidir.
Yuxarıda qeyd olunanlar müharibədən sonra icra olunmalı proseslərdir.

Yenə də biz uduzuruq…
Azərbaycan ordusu möhtəşəm qələbə qazandı, lakin İlham Əliyev hər şeyin üstündən xətt çəkmiş oldu.
İlk növbədə Azərbaycan hələ Zəngəzur vasitəsi ilə Naxçıvana çıxış əldə edə bilmir. Lakin ermənilər istədikləri vaxt Azərbaycandan işğal etdikləri torpaqlara gəlib gedirlər.
İkincisi, hələ də vətəndaşlarımız doğma, qədim, qanlı torpaqları olan Xankəndinə, Xocalıya, Xocavəndə və s, köç edə bilmir. 30 il bundan əvvəl qovulduqları torpaqlarına qayıda bilmir.
Amma işğalçı Ermənistan gəlib bizim torpaqları işğal edib və bizləri də ora buraxmır.
İlham Əliyev elə bir vəziyyət yaradıb ki, sanki biz ermənilərə borcluyuq və onlarla ehtiyatlı davranmalıyıq.
Qeyd edək ki, dünyada beynəlxalq qanunlar 30 il bundan qabaq sıradan çıxıb.

Bu gün dövlət arasında işləyən qanunlar bərabər və ya artıq cavab hüququna söykənir. Kimsə sənə pislik edərsə, beş qatını da qaytara bilərsən.
Azərbaycan xalqı torpaqların azad edilməsinə görə bu qədər qan töküb ki, düşmən gözümüzün qabağında istədiyini etsin, biz də ona güzəşt edək?.

Bu gün Qarabağdakı mənzərəyə kənardan baxsaq, Rusiyanın “KAZAN” danışıqlar formatı ilə eynidir. Kazan danışıqlarında rusun maraqlarına cavab verən Ermənistan istəyi deyil, işğalçı ordusunu ölkəmizə soxmaq idi.
Bu gün Qarabağda baş verən proseslər nə Azərbaycanın, nə də ki, Ermənistanın iradəsi ilədir. Hər şey Rusiyanın istəyi ilə baş verir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın