Bölgədə vəziyyət gərginləşir? MN ehtiyatda olan hərbçiləri təlimlərə çağırır

Müdafiə Nazirliyinin təsdiq etdiyi plana əsasən, ehtiyatda olan hərbçilər təlim toplantısına çağırılmışdır. Təlimə əsasən, onların yeni döyüş təcrübələrinin artırılması nəzərdə tutulmaqdadır. Digər tərəfdən də ordumuzun arsenalına daxil edilən yeni müasir silahlar və hərbi texnikalar ilə tanışlıq olmaqdır. Bu təlimlərin əsl səbəbi nədir?

Bu gün MN təlimləri və hərbçilərin yenidən bölmələrə çağırılması Ermənistan tərəfdə böyük təşviş yaratmışdır. Bilirik ki, bölgəmizdə vəziyyət getdikcə yenidən gərginləşir. Ermənistan tərəfi demək olar ki, hər cəhdlə sülh danışıqlarını pozmağa çalışır. Azərbaycan tərəfi isə 10 noyabr bəyanatının icra olunmamasından şikayətlənir və səbrinin tükəndiyini qeyd edir.

İlham Əliyev də son çıxışlarına fikir versək görərik ki, o Ermənistan tərəfini və beynəlxalq aləmi vəziyyətlə bağlı xəbərdar etmişdir.
Yəni rəsmi İrəvan danışıqları bilərəkdən pozaraq Bakıya müharibədən başqa heç bir şans buraxmır.
Bu gün intensiv təlimlər, ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması onu göstərir ki, bölgədə hər an müharibə başlaya bilər.

MN-dən verilən məlumata görə, təlimlər bir necə gün davam edəcəkdir və yaxın zamanda bu barədə ictimaiyyətə məlumat veriləcəkdir. Hələlik vəziyyət gərgin olaraq qalmaqdadır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın