AzTV-də Məhəmməd Əmin Rəsulzadə qalmaqalı

 

Azərbaycan Dövlət Televiziyasında yayımlanan, “Yüz ilin sirləri” proqramında biabırçılıq baş vermişdir;

AzTV rəhbəriliyi yanvarın 31 – də dahi şəxsiyyət, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadənin doğum gününə həsr olunmuş sənədli filimin yayımını proqramdan çıxarmışdır. Maraqlısı budur ki, bir neçə həftədir reklamı nümayiş olunan sənədli filmin efirə getməsinə bir gün qalmış nümayişi dayandırılmışdır.

Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan sənədli filmin çəkilişlərini aparan, “Caspian Media Holding”in yaradıcısı, layihənin müəllifi Hüseyn Cavadzadə belə bir açıqlama ilə çıxış etmişdir. O, AzTV kanalının rəhbərliyindən problemin açıqlanmasını tələb etmişdir.

Aldığımız xəbərə görə, “Yüz ilin sirləri” proqramı verlişinin rəhbərliyinin istefa verdiyi deyilir.
“Caspian Media Holding”in yaradıcısı, layihənin müəllifi Hüseyn Cavadzadə yayım işinə Azərbaycan Dövlət Televiziyası baxdığından onlara müdaxilə edə bilmədiyini vurğulayıb.

Çox keçmədən AzTV kanalının rəhbərliyi məsələyə aydınlıq gətirdi. O, bu layihənin müəyyən texniki səbəblər üzündən baş tutmadığını bildirmişdir. Rəhbərliyin fikrincə, bu çür hallar televiziyalarımızda çox olur və məsələni şişirtməyə gərək yoxdur.

Görünür, Azərbaycan Dövlət Televiziyası yuxarıdan göstəriş aldığından bu cür şəxsiyyətin sənədli filminin yayımlanmasına xitam vermişdir. Axı, Əliyev İlham Heydər oğlunun Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə böyük qısqanclığı vardır. Bunu İlham Əliyevin danışıqlarında və yürütdüyü heykəl siyasətində görmək olar. Bir sözlə, hakimiyyət unudulmaz lider Məhəmməd Əmin Rəsulzadəyə xalq sevgisinin necə olduğunu görür. Onun ölümündən illər keçsə də, mirası olan Azərbaycan xalqının ürəyində yaşamaqdadır. İlham Əliyev və hakimiyyəti insanların beynini silməyə çalışsa da, ürəklərini silə bilmir. Hakimiyyət bu üzünü də xalqımıza bəlli etmiş oldu.

Sonda qeyd etmək istərdim ki,
“Caspian Media Holding”in yaradıcısı, layihənin müəllifi Hüseyn Cavadzadə sənədli filmin yanvarın 30 – da yayımlanacağını əvvəlcədən qeyd etsə də, yanvarın 27 – də efirə veriləcəyi barədə xəbərdarlıq etmişdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın