AzerFreedom TV- də, Azərbaycan ve dünyaya baxış.

Hörmətli oxucular, dünən efirə gedən AzərFreedom TV kanalında Məmmədov Qurban Cəlaloğlunun qonağı hörmətli Azərbaycan Xalq Hərəkatının rəhbəri Mirmahmud Mirəlioğlu olmuşdur. Dünənki verilişin qısa məzmununu sizlərə çatdırmaq istəyirəm: Dünənki görüşdə Azərbaycan siyasətinin vəziyyəti, insan haqları, siyasi məhbusların vəziyyəti və Türk ordusunun Müdafiə Naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri və son zamanlar Belarusda baş vermiş məsələlər müzakirə edilmişdir. Bu verilişə tam olaraq 12.08.2020 AzərFreedom TV youtube, facebook və. s sosial mediyadan baxa bilərsiniz. Sonda isə ,Qurban bəy Mirmahmud bəyin Belarusiyada baş vermiş siyasi durumundan Azərbaycan xalqının da nəticə çıxarması, belə vəziyyətdə demək olar ki, Belarus və Azərbaycan xalqının eyni taleyi bölüşdüyünü aydınlandırmışdır.
Ümid edirik ki, Belarus xalqı qısa müddətdə öz iradəsinə çatacaqdır. İnanırıq ki, Belarus xalqı öz demokratik dövlətçilik iradəsinin tezliklə quracaq. Qurban bəy bir təklif irəli sürərək bütün azərbaycanlıları əzilmiş və qanunları taptalanmış Belarus xalqına dəstək olmağa çağırdı. İnanırıq ki, tez bir vaxtda Azərbaycan xalqı da demokratika yolunu seçəcək.

Hazırladı; Mikayıl Əsədov.

Bunu paylaş: