“AzerFreedom TV” kanalının səsi hər yerdədir

“Kimin kim olduğunu öyrənmək istəyirsinizsə, onun mənə olan münasibətinə baxın”.(Qurban Məmmədov)
Nizami Gəncəvi “Sirlər xəzinəsi” poemasında bir hekayəsində yazırdı ki, bir padşah onu hər yerdə pisləyən bir qocanı cəzalandırmaq üçün çağırtdırır. Qoca kəfən geyinərək gəlir və deyir ki, bəli, səni pisləmişəm, çünki zalımsan, ədalətsizsən, adamların ölkəni xarabaya çevirib. Mən bir güzgüyəm, əgər özünü bu güzgüdə əyri görürsənsə, güzgünü sındırmaqdansa, get əyrini düzəlt”.
Qurban bəy də bir güzgüdür – onun kanalına gələnlərin maskası cırılır, tam çıpaqlığı ilə xalqa görsənir. Ona görə də “AzerFreedom” kanalının səsi hər yana yayılıb və illər boyu yatmış azərbaycanlıları ikicə ilə təlatümə gətirib.Təbii ki, bu, hakimiyyətin və ona işləyənlərin xoşuna gəlmədi və ona qarşı şər kampaniyası başladı. Amma xalq artıq ayılıb və kimin kim olduğunu anlamağa başlayıb. M.Hadinin təbirincə desək; “Elmin, biliyin, mərifətin varsa, buyur, gəl,
Yoxsa,bu vətən övladına olma bir əngəl”.

 

Bunu paylaş: