“Azerfreedom ailəsi” nin üzvü Elvin İsayevdən xəbər var

 

Hörmətli oxucular, Azərbaycan xalqının oğlu, “AzerFreedom ailəsi” nin üzvü Elvin İsayevin fevral ayının 22-də Ali Məhkəməsi baş tutmuşdur. Məhkəmə zalında çıxışı zamanı o, ona qarşı olan saxta ittihamlarla razılaşmamışdır. İlham Əliyev rejimi hər zamankı kimi Elvin İsayevə qarşı şər böhtandan istifadə etməkdədir. Guya o, hakimiyyətə qarşı çağrılışlar etmiş və xalqı küçələrə səslənmişdir.

Məhkəmə zamanı Elvin İsayev hakimə sual verərək söyləmişdir ki, əgər belədirsə, niyə küçələrə adamlar çıxmamışdılar?. Daha sonra o, hakimdən ona verilən maddələrə əsasən sübutlar istəsə də hər zamankı kimi cavabsız qalmışdır.
Sonda hakim ittihamı yenidən oxuyaraq, onun işini 8 ildən 7 il 9 aya endirmişdir. Bir sözlə, daha bir saxta məhkəmə baş tutdu. Azərbaycan xalqı bilir ki, ölkəmizdə qanun, söz azadlığı, demokratiya deyilən bir şey yoxdur. Bu səbəbdən qardaşımızın məhkəməsində hər hansı bir nəticədə gözləmirdik.

Qeyd edə bilərik ki, Elvin İsayev İlham Əliyev rejiminin xalqa verdiyi zülmlə razılaşmayaraq öz etiraz səsini qaldırmışdı.
Əlavə edək ki, 2019 – cu ilin dekabr ayında Ukraynada Azərbaycan Xüsüsi Xidmət Orqanları tərəfindən oğurlanaraq ölkəmizə qanunsuz şəkildə gətirilmişdir. Nəticədə şərlənərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 22 fevral Ali məhkəmənin qərarına əsasən cəzası 7 il 9 aya endirmişdir.

Sonda qeyd etmək istərdik ki, inanırıq, yaxın zamanda haqq- ədalət öz yerini tapacaq , AzerFreedom ailəsinin üzvləri Elvin İsayev, İlham Aslanoğlu və siyasi məhbuslar azadlığa çıxacaqlar.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın