Azad olmayan mətbuatımızın 147 yaşı tamam oldu

Düz 147 il bundan əvvəl Həsən bəy Zərdabinin böyük əməyi sayəsində 1875 – ci il 22 iyulda milli “Əkinçi” qəzeti çapdan çıxdı. Cəmi 56 nömrəsi çap edilməsinə baxmayaraq elə həmin gündən Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının yaranmasına vəsilə oldu.

Yarandığı gündən bu günə qədər Azərbaycan milli mətbuatı təzyiqlər altında qalmışdır. İstərsə Sovetlər Birliyi dönəmində, istərsə də indiki hakimiyyət dönəmində Azərbaycan mətbuatı ağır çətinliklərlə qarşılaşmış və qarşılaşmaqdadır.

Əgər Sovetlər Birliyi zamanı Azərbaycanın azad mətbuatı yox idisə, bu gün də o vaxtkı günə baxanda ölkəmizdə heç nə dəyişməmişdir. Sadəcə, repressiyalar yerinə həbsxanalar fəaliyət göstərməkdədir.

Bu gün Azərbaycan hakimiyyətinin təzyiqləri nəticəsində söz azadlığının, demokratiya və insan haqlarının olmaması onu göstərir ki, İlham Əliyev hakimiyyətinin mətbuat orqanlarına təzyiqlər hələ də davam etməkdədir. Azərbaycanda şərlənərək həbs edilən jurnalistlərin media orqanlarının, mətbuat işçilərinin sayı getdikcə artmaqdadır. Digər tərəfdən isə, rejimin tərəfindən bəzi mətbuat işçiləri hədiyyələrlə ələ alınmaqdadır. Çox təəssüf ki, ölkəmizdə azad söz cəmiyyəti hələ də dəmir barmaqlıqlar arxasından bizə baxmaqdadır.

Bizlər də bu sahənin bir qolu olaraq şərlənərək həbs edilən və sözləri ilə haqqı deyən mətbuat nümayəndələrini təbrik edirik və onlara bu bayram günü söz azadlığı arzulayırıq.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın