“Azad ölkə”-Azərbaycan…

 

“Freedom House” insan haqları təşkilatı Azərbaycanı “qeyri-azad” ölkələr kateqoriyasına salıb. Təşkilatın mart ayının 3-də verilən hesabatında qeyd olunur ki, bu sırada Əfqanıstan, Belarusiya, İran və. s. ölkələr də daxildir. Azərbaycanın qonşu ölkələri olan Gürcüstan və Ermənistan isə qismən azad ölkələr hesab olunur..
İşə bir bax, Ermənistan, bizdən kiçik və kasıb ölkə olsa da, onlarda qismən azadlıq var. Gəl indi öz ölkəmiz barədə yazaq görək bizdə necə, insan haqları təşkilatı doğru qeyd edib, ya yox? 100% əminliklə hər birimiz deyə bilərik ki, tam və yerindəcə doğru yazılıb. İki əlli razıyam. Elə bir ölkədə yaşayırıq ki, vətəndaşının heç bir hüququ yoxdur. Haqqını tələb etməyə ixtiyrın yox. Ölkəndə olan reallığı sosial şəbəkədə ictimailəşdirdiyin zaman və yaxut bir kəlmə söylədiyin vaxt, həmin dəqiqə qolu qüvvəli, iki metr boyu olan əllərində dəyənək, silah olan “Qaramaskalılar” səni həbs edir.2-3 gün sonra gözlərini açıb harda olduğundan xəbərsiz olursan.

Bədənin əzik, ağrı içində səsin xırıltılı pis vəziyyətdə özünə gəlirsən. Səni o qədər döyüb toka verirlər ki, danışmağa halın belə olmur. Bəli, bəli, düz bildiniz..ölkədə haqqını necə istəmisənsə, artıqlaması ilə “veriblər”.Bundan sonra haqqın nədi, hamısını tamamilə unudursan. Yanında hər kimsə bu vəziyyətdən danışanda ağzına su alıb sakit və səssiz halda oturursan. Dostlar, xırdalığına gedib hər şeyi yazmaq istəmirəm. Onsuz da başına bu cür müsibətlərdən gələni də olub…Əlqərəz..Təşkilat insan haqlarını dəyərləndirib dünyaya çatdırmaqla Azərbaycandaki reallığı dəqiqliklə sərgiləyib. Biz deməsək də, Beynəlxalq təşkilatlar ölkəmizdə baş verən hər bir şeyi dəqiqliklə müşahidə edir. Azərbaycanda insan haqları pozuntusu getdikcə çoxalmaqdadır.

Bugünkü gün Azərbaycan həbsxanalarında siyasi məhbusların saxlanılması özü bir faktdır. Hər bir siyasi məhbusa isə haqq sözünü demək, “ən azı” həyatının 3 ilinə başa gəlir. Bu gün deyə bilərəm ki, Azərbaycan insan haqlarına görə Şimali Koreya ilə bərabər səviyyədədir. Ən azından doğma ölkəmizdə baş verən haqsızlıqları biz görür və qələmə alıb hər səfərində ictimailəşdiririk…

Rəşad Şıxəliyev.

Bunu paylaş: