Azərbaycanlıların Vətən harayı.

Artıq günlərdi Amerika ,Avropa ,Rusya ,Ukraynada ermənilər və azərbaycanlılar arasında olan küçə döyüşləri haqqında hər kəs bilir. Baş verənlər pik həddə çatıb .Belə ki,Ukraynada 4 azərbaycanlı tələbənin güllələnməsi və onlardan ikisinin xəstəxanaya yerləşdirilməsi xəbəri yayılıb.Əlbbəttə, deyə bilərik ki ,ermənilər bizə hücüm edərək ilk onlar başlatdı və biz bunun qisasını almalıydıq Çünkü bu bizim haqqımızdır. Azərbaycanlıların dünyada qorxaq,davadan qaçan,özünü qoruya bilməyən xalq kimi göstərilməsi bir xalq kimi bizə təhqir sayılardı.Amma gəlin baxaq bu qarşıdurmada nə qazanıb ,nə itiririk.İlk önçə bu məsələ Los Anjelsdə səfirliyin qarşısındakı məlum aksiyadan başladı.Sonra Moldova,Fransa,Belçika . Amma Avropada bu məsələ sonradan hüquq müstəvisinə keçsə də Rusya və Ukraynada küçə döyüşləri ilə davam edir.Təbii ki Avropadakı azərbaycanlıların həyati təhlükəsi də davam edir. Çünkü bu məsələdən hakimiyyət öz niyyəti üçün istifadə edib, siyasi fəalları fiziki zərərsizləşdirə bilər.Keçək Rusyaya .Burada vəziyyət məlum oldugu kimi daha sərtdir . Çünkü əvvəl azərbaycanlıların bazarlarda ermənilərə iqtisadi baykotundan sonra yaranan gərginlik Amerika və Belçikadakı qanlı hadisələrdən sonra küçə döyüşləri mərhələsinə keçdi.Hakimiyyətin tutdugu mövqe Mehriban Əliyevanın bəyanatından məlum oldu .Həmyerlilərimizi təmkinli olmaga cagırır ,digər tərəfdən də günahkarların cəzalanması vurgusunu edir.Bir qədər Bakıdakı hadisələri xatırlatdı. İnsafən deyək ,əslində həmyerlilərimizin bir çoxunun sənəd,yaşamaq problemi oldugunu və küçə döyüşlərinin onlara problem yaradacagı dogrudur .Yəqin ki, bunu onlar özləri də bilir.”Amma bəzi məsələlərdə bu təhlükəni gözə almaga dəyər “-deyənlər çoxdu.Son 3 gündür Azərbaycanın hakim dairələrindən bu mübahisələrin dayandırılması çagrışları edilir .Maraqlıdı deyilmi ?.Ölkə daxilindəki siyasi vəziyyəti və problemləri gündəmdən qaldırmaq üçün yenə ölkə xaricində bilərəkdən gərginlik yaratdılar.Bütün fikri ,enerjini ora yönəltdilər.Bu vəziyyətdən həm də xaricdə yaşayan həmyerlilərimizin hakimiyyəti dəstəkləyir görüntüsüdə yaratmaq səyləridə oldu.Bu ,bəzi yerlərdə alındı da.Gərginlik hələ ki ,davam edir. Proseslərin hansı istiqamətdə getməsindən aslı olmayaraq ,xalqımızın Qarabag məsələsində birləşməsi ,milli məsələdə bir yumruq kimi olması sevindiricidir.Amma vəziyyət idarə olunmaz həddə çatmamalıdır.Çünkü Azərbaycan daxilindəki problemlər həll olunmayınca, Qarabagın azad olunması mümkün deyil.Hakimiyyətin xalqın, Türkiyənin,Pakistanın və bir çox dövlətlərin dəstəyini, hətta Amerika senatının dəstək verici bəyənatının almasına baxmayaraq ,hətta İngiltərə parlamentinin də dəstəyinə rəgmən bu addımı atmadıgını gördük.Xalq olaraq biz bunu da anlamalıyıq ki ,Qarabaga yol Bakıdan keçir.Ölkə xaricindəki gərginliklər və nə etməliyik sualına Qurban Məmmədovun açıqlaması təqdirə layiqdir.Eşitməyənlər üçün tövsiyəm bu videonu izləməkdir.