Azərbaycanlı səfir ən bahalı maşınlardan birini alıb?

 

Əziz oxucular, deyilənə görə səfirimizin Ukraynada vəziyyəti əladır. Vəzifədə olanların çoxu iç üzlərini biruzə verir. Söhbət müharibə zamanı Rusiyanı müdafiə edən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundzadədən gedir. 2020-ci ilin iyun ayında Ukraynaya səfir təyin olunan Elmira Axundzadə, özündən əvvəl təyin olunmuş səfirin 2018-ci il BMW 730 markalı avtomobilini bəyənməyərək,
axırıncı nodel mercedes-benz S 350L markalı avtomobilini sifariş edib. Dəyəri 125 min evro olan həmin nəqliyyat CDP 041 səfir Elmira Axundzadənin xidməti istifadəsindədir.

Bu hələ sadə modelidir, yəni səfirlər çox zaman zirehli maşınlarda gəzirlər ki, onun da qiyməti normal qiymətdən 10 dəfə çoxdur. Avtomobil
2020-ci ilin dekabr ayında “Ukrayna Dövlət Avtomobil Müfəttişliyində” qeydiyyata alınıb. Qeyd edək ki, bir neçə gün bundan əvvəl səfirin adı avtoşluqla bağlı qalmaqallı xəbərlərdə yayımlanmışdır. Hər kəs bilir ki, bu avtomobilin maliyyə xərcləri dövlət budcəsindən ödənilir. Səfir şəxsi hesabına bu maşını almaq fikrində olsa, ən azı gecə gündüz 15 il maaşını xərcləmədən çalışmalıdır. Yaxşı olardı ki, dövlət o pulu Elmira Axundzadənin maşınına deyil, şəhid ailələrinin körpələrinə xərcləyərdi.

Təyinatından asılı olmayaraq, bütün vəzifə sahibləri dövlət büdcəsindən ayrılan pulları ata malı kimi istifadə edir.

Rəşad Şıxəliyev.

Bunu paylaş: