Azərbaycandan icazəsiz, Fransanın millət vəkilləri Qarabağa gəlir

Artıq bir neçə gündür Ermənistan tərəfi məlumat yayaraq bildirmişdir ki, yaxın vaxtda Fransanın bir qrup deputatı Dağlıq Qarabağa səfər edəcəkdir. Bu səfərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat vermişdir. XİN sözçüsü bildirmişdir ki ,Azərbaycan suveren dövlətdir və Dağlıq Qarabağ Azərbaycan ərazisidir , kimliyindən asılı olmayaraq ölkəmizə səfər edən zaman icazə almalıdır. Əgər belədirsə ,niyə Rusiya sülhməramlıları Azərbaycan XİN-ə məlumat vermir ?
Sülhməramlıların missiyası isə Azərbaycanin ərazi bütövlüyü çərçivəsində sülhü qorumaqdır. Əgər erməni tərəfi hər zaman bilərəkdən qanunları pozacağı təqdirdə buna göz yumulacaqsa, rus ordusu nəyə lazımdır?
İnanırıq ki, Azərbaycana səfər edən hər bir kəs hakimiyyətin yaratdığı gömrük məntəqələrindən ölkəmizə daxil olacaqlar.

Mikayıl Əsədov.

Bunu paylaş: