Azərbaycanda yanacağın bahalaşması ilə əlaqədar, vəziyyət daha da pisləşəcək

Ölkədə yanacağın qiymətində artım müşahidə olunmuşdur. 95 markalı benzin 1 manat 60 qəpikdən bahalaşaraq 2 manat, 98 markalı benzin isə əvvəlki qiymətindən bahalaşaraq 2 manat 30 qəpik olmuşdur. Rejim hər il Azərbaycanda yanacağın qiymətini qaldırmaqla əhalinin vəziyyətini daha da ağırlaşdırır.

Bilirik ki, ölkənin 95 faiz əhalisinin gəlirləri çox aşağıdır. Benzinin bahalaşması isə bütün məhsulların bahalaşması deməkdir. Hər dəfə olduğu kimi, ölkədə yanacaq bahalaşdıqca vəziyyət daha da ağırlaşır.
Baxmayaraq ki, Azərbaycanın öz neft və qazı vardır. Adı xalqın, gəlirləri İlham Əliyev hakimiyyətinin olduğunu da bilirik.

Azərbaycan hakimiyyəti hər zaman qiymət artımını Avropa standartları ilə əlaqələndirir. Nədənsə, rejim qarnı ac xalqı Avropa ilə necə uzlaşdırmaq istədiyini qeyd etmək istəmir.

Bir daha qeyd etmək istərdim ki, xalqın sərvəti oğurlanaraq Avropa standartlarına( baha) uyğun özünə bir neçə qat bahasına satılmaqdadır.
Bu gün benzinin qiymətinin artımı ölkədə ağır sosial balansı daha da pozacaqdır. Sürətli bahalaşma baş verəcəkdir və ölkədə vəziyyət daha da pisləşəcəkdir. Hər an Azərbaycanda vəziyyət dəyişə bilər…

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın