Azərbaycanda nələr baş verir?

 

Son zamanlar sosial şəbəkələrdə, ilk növbədə oxucuya inandırıcı görünməyən, bir informasiya yayılmışdır. Doğrusu bu məlumatı ciddiyə almasam da, bu gün Rusiyadan, sənədi olmayan azərbaycanlıların kütləvi şəkildə deportasiyası olunması xəbəri yayılanda, necə deyərlər, “barmağımı dişlədim”. Xəbəri bu gün “Sərbəst kürsü” internet portalında yayılmış “R. T. Ərdoğan İ. Əliyevlə sərt danışıb” məlumatından sonra regionda nələrsə baş verdiyini güman edərək, oxuculara maraqlı olacağını nəzərə alaraq, həmin məlumatı, cüzi dəyişilik edərək, olduğu kimi sizə təqdim edirəm.

“VAŞİNQTON VƏ MOSKVA RƏSMİ BAKINI TƏHDİD EDİR.
Aprel ayının əvvəlindən rəsmi Vaşinqton İ.Əliyevdən Rusiyaya qarşı mövqeyini qətiləşdirməyi, Moskvanın Azərbaycan üzərindən Qafqazda yenidən aktivləşməsinə rəsmi Bakının – prezident İlham Əliyevin loyal münasibət bəsləməsinin Azərbaycan hakimiyyətinə baha başa gələcəyi barədə açıq, birbaşa olmasa da, dolayısı yolla Türkiyə vasitəsi ilə xəbərdarlıq etdiyi barədə informasıya Türkiyə, Qərb mediyasında artan xətlə davam edir. İşin maraqlı tərəfi odur ki, C.Bayden kabinetinin Bakıya xəbərdarlığı birbaşa yox, məhz Turkiyə üzərindən etməsidir.

Vaşinqtonu əsas narahat edən Rusiyanın sülhməramlı adı altında öz qoşunlarını yenidən Azərbaycana soxması və artan xətlə hərbi kontingentini dayanmadan artırmasıdır. Rusiyanın hər vəchlə Qarabağdakı qoşunların nüfuz dairəsini genişləndirib Zəngilana, İran sərhədinə qədər uzatmaq və Rusiya HHM sistemlərinin nəzarət sistemini yaratmaq kimi niyyətlərini İlham Əliyevin sükutla, dolayısı yolla razılıqla qarşılamasıdır. Son dövrlər rəsmi Bakının qəfil anti-Rusiya ritorikası ,”İsgəndıər – M” qadağan olunmuş nuvə başlığı daşıya biləcək, satışı üçüncü dövlətlərə beynəlxalq müqavilələrlə qadağan olunmuş sistemlərin Azərbaycana qarşı istifadəsinin Azərbaycan və dünya mediyasının əsas müzakirə predmetinə çevrilməsi, Rusiyanın özündə belə şok effekti yaratmaqla yanaşı, Beynəlxal Arenada “İsgəndər -M” qalmaqalını Azərbaycanın Rusiyaya qarşı “qurşaqdan aşağı” zərbəsi, Rusiyanın, gözləmədiyi halda, “tələyə düşməsi” kimi qiymətləndirilir.

Qərb konfliktoloqlarının böyük əksəriyyəti Beynəlxalq hüququ əsas gətirib BMT nizamnaməsinə, Haaqa konvensiyasına uyğun olaraq “İsgəndər- M” raketinin Azərbaycana qarşı tətbiqinin, əslində BMT TŞ üzv dövlətlərin qurum iclasının müzakirə predmeti səviyyəsində müzakirə olunması vacib olan çox təhlükəli bir mövzu olduğunu, lakin İlham Əliyevin öz hakimiyyət maraqlarını Azərbaycanın dovlət maraqlarından daha üstun tutması səbəbindən Rusiya ilə ehtiyatlı davranması kimi qəbul edirlər. Artıq beynəlxalq aləmdə yaranmış vəziyyət elə bir həddə gəlib çatıb ki, rəsmi Bakının Qərb və Rusiya arasında seçim manevirləri daraldıqca, İlham Əliyev həm Qərb, həm də Moskva tərəfindən açıq təzyiqlərə məruz qalır.
Ukraynadakı proseslər fonunda şiddətlənən Qərb – Rusiya münasibətləri artıq elə bir həddə gəlib çatıb ki, seçim etməyən dövlətlər və rejimlərin “tarixin təkərləri altında” əzilməyə məhkum olacağı heç şübhəsizdir.
DÜNYA SÜRƏTLƏ DƏYİŞİR, “bu həna o hənalardan deyil”.Vaxtında seçim etməmək intihara bərabərdir, sözün bütun mənalarında.
İlham Əliyev, seçim sənindir. İki yoldan birini seçməyə məhkumsan, məcbursan, və SEÇƏCƏKSƏN.

HƏR ŞEYİN BİR SONU VAR. Buyur, Seçimini et!”

PS: Bu məqalədəki faktlar Azərbaycanı öz iradəsindən asılı olmayan bir konfliktə soxmaq cəhəti də ola bilər. Hər halda, Azərbaycanda bir avtoritar rejim olduğunu, hakimiyyətini qoruyub saxlamaq üçün, xalqın xəbəri olmadan rejim hər şeyə hazır olduğunu nəzərə alaraq, deyə bilərik ki, İ. Əliyev təkbaşına, özü qərar verir və çox vaxt da bu qərarlar xalqın ziyanına olur.
Allah bu dəfə xeylisindən etsin.
Amin.

Şahin Sirvanlı

Bunu paylaş: