Azərbaycanda nə zaman “söz azadlığı” olub?

 

Bir qrup jurnalist “Media haqqında” yeni qanun layihəsinə etiraz olaraq, Milli Məclisin qarşısında yürüş keçirmişdir. Etiraz edən jurnalistlər qeyd edirlər ki, yeni qanun layihəsi tam olaraq hakimiyyət tərəfindən media orqanlarını və işçilərini nəzarətə götürmək deməkdir. Yəni ölkəmizdə tək-tük bir neçə azad jurnalist var idisə, artıq hakimiyyətin icazəsi olmadan öz peşələri ilə məşğul ola bilməzlər.

Acığı desəm, etiraz edən həmkarlarımı alqışlayıram, lakin bir məsələni anlamıram.

Anlamıram ki, bu günə qədər Azərbaycanda hansı azad media fəaliyyət göstərib?.
İlham Əliyev ölkədə nə vaxt “Söz azadlığı” na icazə verib?.

Niyə? Demokratik ölkələr, Avropa Birliyi, Avropa İttifaqı və digər təşkilatlar susur…

Maraqlıdır, dünyada fəaliyyət göstərən digər təşkilatlar da, Azərbaycanda hakimiyyətin bu çirkin əməlinə qarşı heç bir reaksiya göstərmir. Bəlkə Brüssel görüşü Qərbi də dəyişdirməyə məcbur edib?
Hətta ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirlikləri belə susmağı üstün tutur. Görünür, İlham Əliyev hər kəsi neytrallaşdırıb, xalqı rahat əzmək üçün isə, bütün gücünü səfərbər edib.

Digər tərəfdən isə, köhnə və yeni qanun dəyişsə də, Azərbaycanda bir şey dəyişmir, “söz azadlığı” na olan təzyiqlər heç vaxt dəyişməyəcəkdir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın