Azərbaycanda müxalifət varmı?

Son günlərin hadisələri; ,,müxalifət”in tam ifşası, onlara havadarlıq edənlər, məlum toy hadisəsi, bəyənatlar və s. çox sürətlə getsə də, mən lap əvvələ qayıtmaq istəyirəm, yəni bütün bunlar necə başladı (sözümün canı var).
Musavat partiyasının sənəd alveri və xaricdə çirkin işlərlə məşğul olduğunu İsveçrədə mühacir həyatı yaşayan ,,Yeni Musavat”qəzetinin sabiq əməkdaşı Elbəyi Həsənli, həmçinin Almaniyada mühacir olan Rəşad Məmmədov tədqiqatlar apararaq bu nəticəyə gəlmişdilər. Eyni zamanda Qurban Məmmədov araşdırmalar aparmış və bu nəticəyə gəlmişdir ki, Azərbaycanda müxalifət yoxdur və xüsusilə özünü ,,ana müxalifət” adlandıranlar rejim tərəfindən maliyyələşir və rejimə xidmət edir. Qurban Məmmədov ipin ucunu ələ keçirəndən sonra çox şeylər yavaş-yavaş aydınlaşmağa başladı ; Əli Kərimlinin Milli Şuranın resursları adlandırdığı tele-kanallar (Qənimət Zahid, Sevinc Osmanqızının kanalları) hardan maliyyələşir? Əli Kərimlinin övladlarının xaricdə ən bahalı təhsil müəssisəsində təhsil haqqını kim ödəyir? Və ümumiyyətlə bildiyimizə görə oğlunun orda lüks həyat tərzini kim təmin edir? Bahalı maşınlar, bahalı geyimlər, sürücü, cangüdənlər.. bir sözlə rəsmi olaraq heç yerdə işləməyən ,,ana müxalifət” lərin maddi cəhətdən heç bir problemi yoxdur. Qurban Məmmədov bunların paxırını açdıqca söyüş söyən qruplar, kanallar yaranmağa başladı və bu kanallar, blogerlər guya ,,müxalifət” idi, amma əslində hamısı Qurban Məmmədova qarşı idi – yəni hamısı eyni mərkəzdən idarə olunurdu. Aparılan araşdırmalar, analizlər öz nəticəsini verdi; rejimin içində ,,müxalifət”i maliyyələşdirənlərin başında kimlərin durduğu aydın oldu; bu, uzun illər ideoloji işlərə rəhbərlik edən Ramiz Mehdiyev və onun köməkçisi Əli Həsənovdur. Bu işlər hələ Heydər Əliyevin vaxtından aparılırdı (unutmayaq ki, H. Əliyev KQB (MTN)- nin generalı idi) və indi də hər şey rejimin nəzarəti altındadır amma prezidenti qınamağı heç kəs cəsarət etmədiyi üçün hamı R. Mehdiyevi və Ə. Həsənovu qaralayıb. Ən qəribəsi isə odur ki, bütün bu işləri aşkara çıxaran, xalqa bunları tanıdan, ,,müxalifət”i ifşa edən Qurban Məmmədovun da R. Mehdiyev vasitəsi ilə rejim tərəfindən maliyyələşdiyi ictimaiyyətə çatdırılır və bu dezinformasiya Az.tv və digər dövlət kanalları vasitəsilə yayımlanır. Bütün bu çirkinlikləri araşdlrıb üzə çıxaran Q. Məmmıdovu bu quldur dəstəsi ilə əlaqələndirmək absurddur. Rejimin məqsədi aydındır; rejim-,,müxalifət” işbirliyini ifşa edən, xalqı maarifləndirən, öz hüquqlarını müdafiəyə çağıran Q. Məmmədovu qaralamaq. Bəs özünü müxalifət hesab edənlərin bu uydurmaları təbliğ etməsinə nə ad vermək olar? Onlar da bu uydurmanı təsdiq etməklə rejimlə əlbir olduqlarını göstərmirlərmi?

İmza; Yaqut Xəlilova

Bunu paylaş: