Azərbaycanda korrupsia və rüşvətxorluq 1-ci dərəcəli “Vətənə Xidmət” sayılır

 

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu, “Vətənə Xidmətinə Görə” 1-ci dərəcəli ordenlə təltif etmişdir. Sərəncamda qeyd edimışdir ki, Kəmaləddin Heydərov uzun müddət Azərbaycan xalqına səmərəli xidmət etdiyinə görə təltif edilsin.
Yaxşı olar ki, hansı xidmətə əsasən təltif edildiyini aydınlaşdıraq. Kəmaləddin Heydərov bir müddət Gömrük Komitəsinin sədri işlədiyi vaxt, həmin orqan böyük rüşvətxorluq mənbəyi idi.

Məsələn: Gömrük rüsumları dövlət rüsumlarından 10 qat çox idi, monopoliya səraiti yaradılmışdı. Kəmaləddin Heydərovun qoyub getdiyi rüşvətxorluq bu gün də Gömrük orqanlarında davam etməkdədir.

İkinci bir tərəfdən isə FHN olduğu bir vaxtda, həmin nazirlikdə korrupsiya və rüşvətxorluq işləri çoxalmağa başlamışdır.
Məsələn: Dövlət büdcəsindən ayrılan pulları mənimsəmək, FHN – nin tabeliyində olan torpaq sahələrini özəlləşdirmək, inşaat işlərindən rüşvət almaq kimi əməllərlə yadda qalmaq.

Bu gün belə xislətli insanları Azərbaycan prezidenti İlham Əliyev dəyərləndirməkdədir. Bəs deyə bilərsinizmi, Kəmaləddin Heydərov vətənə hansı xidmətinə görə təltif edilmişdir?. Çalışdığı vaxtdan bu günə kimi işlərinə baxsaq,” Qara Kassa” xidmətindən başqa bir xidməti olmamışdır. Yəqin hər kəs anlayır ki, İlham Əliyevdən medal almaq üçün üç şərtə əməl etməlisən: yaltaqlıq, rüşvətxorluq, korrupsionerlik. Azərbaycanda bu gün siyasi reallıq bunu əks etdirir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın