Azərbaycanda erməni dili kursları açılır – məntiqə sığmayan təklif

 

“Qarabağa dönüş” İctimai birliyinin sədri əsl üzünü büruzə verdi.Azərbaycanda erməni əsilli Azərbaycan vətəndaşlarına “erməni dili” kurslarını təşkil edir.

Başlayaq erməni dili kurslarından.Mənim kursun özündən deyil, Azərbaycanda yaşayan ermənilərdən bəhs etmək istəyimdən. Demək ki, hakimiyyət ölkəmizdə nə qədər erməni əsilli yaşadığını çoxdan bilir. Tolerantlıq baxımından necə bir diyar olduğumuzu dünyaya nümayiş etdiririk. Bu baxımdan atılan addım təqdirə layiqdir. Razılaşmadığımız məqam isə əsirlikdə olan Azətbaycan vətəndaşlarına indiyədək, ermənilər belə münasibət bəsləyiblərmi?

Əlbəttə ki, xeyr. Bəs onda düşmən qonşuya qarşı bu qədər səmimiyyət nədən irəli gəlir?Əslində cavabını elə siz də, biz də çox yaxşı bilirik. Amma susuruq, susqunluğumuzun nəyə dəlalət etdiyi apaçıq aydın görünür..
Digər bir məsələ erməni dili kurslarının təşkil olunmasıdır. Millət vəkili Tural Gəncəliyev özbaşına deyil ki,çıxıb ictimaiyyətə ağlından gələni “quşlasın”.İllərdir Milli Məclisi havayıdan zəbt edib, stulunda kif basmış, adını duymadığımız, təkliflərini eşitmədiyimiz hansısa birliyin bir lideri sərsəm təklif versin.Millət vəkillərinin təzim və əmrlərini yerinə yetirdiyi bir şəxs (ölkə başçısı)var ki, bu fikirləri deputat ağzından ictimaiyyətə çatdırır.Sapı özümüzdən olan hələ çox baltalar görəcəyik. 30 il həsrətində olduğumuz, işğal altında olan torpaqlarımızı şəhidlərimizin, qazilərimizin qanı bahasına ona görə aldıq ki, münasibətləri yaxşılaşdırıb içimizdəki ermənilər az imiş kimi, saylarını yenidən çoxaldaq? Bu qədər şəhidə rəğmən,ermənilərə sevgi haradan qaynaqlanır bu hakimiyyətdə?

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın