Azərbaycanda Co Bayden bayramı…

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktub ölkəmizdə yenə də bayram günü kimi qeyd edilməkdədir. Yenə iqtidarın klonları ortaya atılaraq, Co Baydenin məktubunu hər dəqiqə çap etməyə başlayıblar. Bu məktubun kimisi dəyər, kimisi siyasi, kimisi dəstək xarakterli olduğunu deyərək insanların yaddaşına həkk etdirmək istəyir. Guya İlham Əliyev çox yaxşı prezidentdir və Amerika da bunu dəyərləndirir.
Açığı desək, dünyada yeganə hakimiyyətdir ki, Amerikadan göndərilən məktublara bu qədər sevinir. Az qala təqvimdə bu tarixləri bayram kimi qeyd etsinlər.

Bu gün Co Baydenin İlham Əliyevə məktub göndərməsindən bəlkə də heç xəbəri yoxdur. Çünki bu işlərlə prezidentlərin mətbuat katibləri məşğul olur. Üstəlik də bu bir simvolik hadisədir.

O ki qaldı siyasi cəhətdən baxanda aydın olur ki, məktubda əsas vurğu müstəqillik üzərinə düşür. Yəqin Amerika qeyd etmək istəyir ki, inanırıq yaxın zamanda Azərbaycanda müstəqil olacaqdır.
Elə Co Baydenin də məktubunun məqsədi bundan ibarətdir ki, İlham Əliyev Rusiyanın nəzarətindən çıx və müstəqil ol.
Sonda qeyd etmək istərdik ki, nə qədər ölkədə korrupsiya, rüşvətxorluq, insan haqları, demokratiya pozuntuları olacaqsa, bu qədər də Amerika kimi ölkə bizdən uzaq olacaqdır. Ölkəmizin müstəqilliyi isə, İlham Əliyev və hakimiyyətinin dəyişməsindən keçməkdədir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın