Azərbaycanda bizneslə məşğul olmaq

Əslinə qalsa, bu haqda ölkənin istənilən yerində nə isə etmək istəsən, əsla heç nə mümkün olmayacaq.
Çünki o sahə istiqamətində öklədə aparılmış 17 illik yalnış siyasət nəticəsində sonda biznes iyrənc günə qoyulub və ölkəmizdə biznesin bütün sahələri oğruların əlinə keçməklə bütövlükdə bütün sahələr özününküləşdirilmişdir.
Azərbaycanda mətbuatda və yaxud efirlərdə biznes haqqında danışılan hər nə varsa hamısı yalan üzərində qurularaq söylənilməkdədi.
Hətta Prezident İlham Əliyevin özü belə biznes haqqında nə isə söyləyərək danışsa, bilin ki, o da yalan danışır.
Azərbaycanda hazırda açıq, sərbəst BİZNESİN iki növü qalmaqdadı.


1. Bazarda mer-meybə satmaq ticarəti;
– onu da sən say və bil ki, sonda bazarda bütün əməyini mafiyoz Bazarkoma sərf edərək onun kazinosunu doldurmuş olacaqsan.
2. Pal- paltar və s. kimi ticarəti;
– onada ayın sonunda baxıb görəcəksən ki, ortaya qoyduğun bütün kapital sonda əhalidə borcdadı, onu da sən ala bildinsə, deməli, igid insansan. Beləliklə, sonda özün qazdığın quyuda elə özün boğularaq məhv olursan və müflisləşib sıradan çıxırsan.


Biznesin bütövlükdə geridə qalan bütün sahələri isə maşennik məmurların, saxta Nazirlərin, gopçu Millət Vəkillərinin, dövlət əmlakını talayaraq oğrayıb Oliqarxlaşmış cinayətkar “insanlar”, ünsürlərin əlindədi.
Bax bunları eşitdikdən sonra hər kəs özünə yaxşı iş arasın. Onu da bilin ki, dövlət işində ancaq oğru, quldur məmurlar və yaxud onların övlad-uşaqları çalışır. Sən qətiyyən, əsla heç vaxt ora yaxın düşə və dura bilməzsən. İşdi, birdən başına xoşbəxtlik quşu qonarsa və yaxud birdən təsadüfən ora düşərsənsə, onda da ordan heç vaxt baş çıxara bilməyəcəksən və sonda sən qısa müddətə arxana heç baxmadan ordan qaçacaqsan. Budur son 17 ildə Prezident İ. Əliyevin qurduğu dövlət və hay-küylə, yalanla, uca səslə danışan məmurun 90 min boş vakant iş yeri olan yalançı hakimiyyət.

İlqar Quliyev

Bunu paylaş: