Azərbaycanda “ən yüksək rüşvət” alan məmur həbs edildi

 

Azərbaycanda mühüm korrupsiya əməliyyatı baş verib. Dünən Sabirabad rayonu Minbaşı kəndinin bələdiyyəsinin, keçmiş sədri Urfulla Qocayev “12 manat” rüşvət alaraq həbs etilmişdir. Onun barəsində rüşvət alma maddəsi ilə, həbs qərarı verilmişdir.

Çox gülməli hadisədir ki, 12 manat rüşvətə görə məmur həbs edilir. Hakimiyyət bununla guya rüşvətə qarşı mübarizə apardığını göstərmək istəyir. Bəs Gömrükdə, Vergidə, Polisdə və digər dövlət orqanlarında alınan milyardlarla rüşvətə görə, İlham Əliyev niyə yuxarıda oturan məmurları həbs elətdirmir?.

Kəmaləddin Heydərov, Ramiz Mehdiyev, Mikayıl Cabbarov, Rövnəq Abdullayev kimi məmurlar niyə hələ də Azərbaycanı talamaqdadırlar. Çünki bu məmurlar xalqın sərvətini talamaqla, rüşvət almaqla “qara kassa”-nı doldurmaqdadırlar. Yəni əsil rüşvətxorlar dövlətin başındadır və bu günə kimi dövləti rüşvətlə idarə etməkdədirlər. Təbii, hər bir rüşvət alan həbs edilməlidir, biz bunula tam razıyıq, lakin ilk öncə xalqın bildiyi– yuxarıda oturan məmurlardan başlamaq lazımdır.

Vaxtilə, mərhum Prezidentimiz Əbülfəz Elçibəy demişdir: “Mən rüşvət almadığım üçün, mənim komandamda heç kim rüşvət almır”. Rüşvətin, korrupsiyanın hardan qaynaqlandığını xalq gözəl bilir.

Mikayıl Əsədov.

 

Bunu paylaş:

Bir cavab yazın