Azərbaycanda ən güclü agentura şəbəkəsi Rusiyaya məxsusdur

Son zamanların hadisələrini izlədikcə çox şeylər məlum olur: Azərbaycanda ən güclü agentura şəbəkəsi Rusiyaya məxsusdur, bu şəbəkənin başında erməni əsilli Ramiz Mehdiyev durur və bütün güc strukturları, həmçinin ,,ana müxalifət” onun tabeçiliyindədir. Son günlər Tofiq Yaqublu məsələsinin qabardılması həmin ,,ana müxalifət”ə və dolayısıyla R. Mehdiyevə xal qazandırır ( təəssüflər olsun ki, Tofiq bəy özü də bilmədən bu çirkin oyunda bir alətə çevrilib). Rusiyaya xidmət edənlər Tofiq Yaqublu faktorundan istifadə edib xalqı hakimiyyətə qarşı qızışdırıb çevriliş cəhdi edə bilər vəRusiyaya meylliləri yenidən hakimiyyətə gətirməklə bizi Rusiyanın əsarətinə çevirərlər– bu bizim məhvimizə aparıb çıxaracaq; çünki həm Qarabağ azad olmayacaq, həm də yerdə qalan torpaqları da hissə-hissə itirəcəyik. Unutmayaq ki, Qarabağın işgalının, Xocalı soyqırımının başında heç vaxt bizə dost olmayan, Ermənistanı isə dəstəkləyən Rusiya durur. Belə bir iğtişaş yaranarsa, xalq düzgün seçim etməli, dövlətin düşmən əlinə keçməməsi üçün aktivlik göstərməlidir. Biz belə bir həlledici məqamda dövlətçiliyimizi və bizə əl uzadan Türkiyəni dəstəkləməliyik.

İmza; Yaqut Xəlilova

Bunu paylaş: