Azərbaycan Zəngəzura Naxçıvandan hücum edə bilər

 

 

Hörmətli oxucular, fikir verdiyiniz kimi, Zəngəzur məsələsi hələ ki, geçikməkdədir. Azərbaycan tərəfi tez bir zamanda, həmin bölgənin geri qaytarılmasını tələb edir. 10 noyabr bəyanatından, bu bölgə Azərbaycana geri qaytarılmalı və bölgə dövlətlərinin kommunikasiya xətləri açılmalıdır. Lakin Ermənistan tərəfi, süni problemlər yaradaraq məsələni arxa plana çəkmək istəyir.

Bəs Azərbaycanın buna cavabı nə olacaqdır? Rəsmi Bakı Naxçıvan istiqamətində hərbi təlimlər keçirməklə, məsələni müharibə versiyasında göstərir. Azərbaycan tərəfi anlayır ki, Qarabağda olduğu kimi, Zəngəzuru da İrəvan sülh yolu ilə geri qaytarmaq fikrində deyildir. Əgər bu məsələ bir az da uzansa, Azərbaycan həmin bölgəyə Naxçıvandan ordu yeridəcəkdir.

Aldığımız daha bir xəbərə görə, Azərbaycan ordusu Zəngilan, Qubadlı, Laçın ( minalardan təmizlənmiş yerlərdə) istiqamətlərində hərbi təlimlər keçirməyi nəzərdə tutur. İlham Əliyev bu məsələni çözmədən əvvəl, ilk öncə Kollektivi Təhlükəsizlik Müqaviləsi Təşkillatının üzvlərini neytrallaşdırmalıdır və əsasən də şimal qonşumuz Rusiyanı. Əsas söz sahibi çox təəssüf ki, hələ də Kremldir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın