Azərbaycan Xalq Hərəkatının xaricdə yaşayan soydaşlarımıza müraciəti

Əziz qardaşlar, bacılar!

İlk əvvəl Sizi salamlayır, uzun ömür, can sağlığı arzulayırıq. Ümid edirik ki, çox keçməz, ehdiyac üzündən, məcburiyyət qarşısında tərk etdiyiniz ölkəyə qayıdacaq, xalqın firavan həyatı naminə dəyərli bacarığınızı əsirgəməyəcəksiniz.Sizə məlumat veririk ki, biz, Xalq Hərəkatı olaraq ölkənin demokratikləşməsində,insan hüquq və azadlıqlarının qorunmasında,əhalinin rifah halının yaxşılaşdırılmasına yaxından iştirak etməyə, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində müəyyən vacib işlər görməyə çalışırıq. Sizə onu da etiraf etməyə məcburuq ki, bu taleyüklü vəzifələrin yerinə yetirilməsində bir sıra çətinliklər mövcuddur ki, onlardan biri də millətin böyük bir qisminin savadsızlığı, dünya görüşünün məhdud olması, özünün konstitusion hüquqlarının qorunmasında yaxından iştirak edə bilməməsi,uzun illər ehtiyac içində yaşamasıdır . Doğrudur, sizin böyük çətinlik hesabına qazancınızın bir qisminin valideyinlərinizə,yaxın qohumlarınıza,ehtiyacı olan insanlara göndərməyiniz onların maddi durumuna müsbət təsir göstərir,qismən də olsa ehtiyaclarını ödəyir. Bununla belə, Azərbaycan hakimiyyətinin atdığı addımlar bu problemləri həll etmək yox,məqsədli formada daha da dərinləşdirməsi , yarıtmaz təhsin sistemi nəticəsində yeni savadsızlar ordusu yetşdirməsi, mövcud informasiya vasitələrinin milli mənafeyə zidd fəaliyyəti vəziyyəti daha da çətinləşdirir. Belə bir vaxtda insanları maarifləndirmək,hər bir evə daxil ola biləcək televiziya kanalının açılması vəzifəsi qarşıda durur ki, bu işi qısmən də olsa Londonda fəaliyyət göstərən “AzerFreedom TV” yerinə yetirir.Bu gün bu kanalın üzərinə düşən vəzifəni məhdud formada olsa da yerinə yetirməsi, açıq təbliğat kompaniyası aparması insanlar arasında xeyli canlanma yaratmış, vətəndaşlarımızda gələcəyə ümidlərini artırmışdır. Azərbaycan vətəndaşlarının 80-90 faizinin internet məkanından uzaq olması, ölkədə və dünyada baş verən proseslərdən xəbərsiz olması məhdud imkanlı sosial şəbəkələr vasitəsi ilə yayımlanan “AzerFreedom TV”-nin gücü daxilində deyil və sputnik vasitəsi ilə yayımlanması zərurətini meydana gətirir.Bu kanalın fəaliyyətinin daha da gücləndirilməsi yeni imkanlar yaradacaq ki,bu da son nəticədə əhalinin geniş maariflənməsinə,Azərbaycan cəmiyyətində köklü dəyişikliklər baş verməsinə, son nəticədə isə insanların layiq olduqları şəraitdə yaşamasına gətirib çıxaracaqdır. Əgər,belə bir hal baş verərsə,bu mütləq baş verəcək,onda sizin də didərgin düşməyinizə, qazancınızın böyük bir hissəsinin itirilməsinə ehtiyac qalmayacaq və ölkədə həqiqi demokratik cəmiyyətin qurulmasında Sizin də müstəsna xidmətiniz olacaqdır. Biz,Azərbaycan Xalq Hərəkatının rəhbərliyi xalqın mütləq əksəriyyətinin iradəsini ifadə edərək Sizə müraciət edir,insanların daha geniş maariflənməsi,onların rifah halının yaxşılaşması, səfalətdən xilas olması naminə , “AzerFreedom TV”-nin sputnik kanalı kimi fəaliyyət göstərməsinə maddi dəstək göstərməyinizi xahiş edirik.

Azərbaycan Xalq Hərəkatının İdarə Heyəti.
29.04.2019