Azərbaycan Xalq Hərəkatının Azərbaycan xalqına müraciəti

Azərbaycan Xalq Hərəkatının
Azərbaycan xalqına müraciəti

Əziz həmvətənlərimiz!
Məlumunuzdur ki, Vətənimiz bü gün çox ağır vəziyyətdədir. İqtisadiyyat çöküb, hökumət korrupsiyalaşmış, torpaqlarımız işğal altındadır. Azərbaycanın bir dövlət kimi qalması artıq sual altındadır.
Son günlər Paşinyanın Şuşada “DGR in prezidentinin” andiçmə mərasimi keçirməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərdi.
Azərbaycan hökumətinin və özünü “ana müxalifət” adlandıran partiyaların susqunluğu göstərdi ki, xalqın düşmən aqresiyası qarşısında müqavimətini təşkil edən bir təşkilata ehtiyac var.
Hələ il yarım əvvəl bir qrup vətənpərvər bir araya gələrək Azərbaycan Xalq Hərəkatını (AXH) təsis etdilər. Çoxsaylı maneələrə baxmayaraq AXH bu gün də ayaqdadır və xalqın təşkilatlanması ilə məşğuldur.
AXH nin Azərbaycanın bütün bölgələrində dayaq dəstələri vardır və onların sıraları hər gün artmaqdadır.
Hər kəsin AXH- yə qoşulması onun özünün, ailəsnin, Vətəninin namus məsələsidir.
AXH tam qanuni, leqal təşkilatdır, ona üzv olmağın heç bir təhlükəsi yoxdur, istəyə görə üzvlük gizli saxlanıla bilər.

Əziz həmvətənlərimiz!
Hər biriniz bu işə məhz bu gün öz tövhənizi verin, yoxsa sabah gec olacaq. Biz gözləsək də düşmən gözləmir.

AXH əlaqə telefonları:
+994 50 332 50 38
+994 50 571 35 53
AXH yə informasiya dəstəyini hər gün Youtub kanalında canlı olaraq :
Azerfreedom TV — 21.00 da
Oğuz TV — 23.00 da
El üçün TV – gündə 3 dəfə
verir.
Sağ olun.
Hər birinizi AXH sıralarında görmək ümidi ilə

Ímza: Şahin Şirvanlı