Azərbaycan xalqının “Tərtər işi” yarasının sağalması yalnız mövcud rejim ölkə səhnəsindən silindikdən sonra mümkündür.

Mən özünü azərbaycanlı sayan, bu millətin namusunun, qeyrətinin, qürurunun qorunması üçün məsuliyyətinin olduğunu dərk edən hər kəsə müraciət edirəm.

Əziz qardaşlar və bacılar bizim hər birimiz İlham Əliyevin rejimindən ciddi zərərçəkmiş insanlarıq. Əliyevlərin hakimiyyəti mənimsəmiş olduğu son 30 ilə yaxın müddətdə ölkənin sərvəti talanmış, dövlət idarəçiliyi bütövlükdə düşmən ölkələrin kəşfiyyatı tərəfindən idarə olunan qüvvələrin əlində cəmləşdirilmişdir.

Biabırçılıq o həddə çatmışdır ki, İlham Əliyev deputatları Lavrovun təqdim etdiyi siyahılar əsasında Məzahir Pənahovun qutularından çıxartdırır. Respublikada hazırda bütün rəhbər kreslolarda Putinə xidməti özünə şərəf  hesab edən alçaqlar oturdulmuşlar. Artıq nəinki, ölkədə, hətta bütün dünyada Azərbaycan prokurorluğunun korrupsioner və rüşvətxorların əlində olduğu barədə təkzib olunmaz faktlar, məlumatlar vardır. Baş prokuror Qaralov cinayətkarlardan külli miqdarda rüşvət almaqla, onların əməllərinə görə məsuliyyəti zərərçəkənlərin üzərinə keçirmiş və ədalətin təməl prinsipini məhv etmişdir. Burdan “qazanılan” çirkli pullar İlham Əliyevin qara kassasına ötürmüşdür. Bu azmış kimi Baş prokuror İlham Əliyevə böyük məbləğlərdə rüşvətlər ötürülməsində vəsaitçi rolunda çıxış etmişdir. İlham Əliyevin köməkçiləri, aparatın şöbə müdirləri və mühafizəsinin rəisi Bəylər Eyyubov da pulyığma sahəsində xüsusi fəallıqla göstərmişlər.

Hərbi sektor korrupsiya və rüşvətin məhv etdiyi sahələrdən biridir.

Mən Gəncə şəhərində xüsusi dəbdəbəli “Heydər Əliyev Mərkəzi”nin tikintisinin şahidi olmuşam. Tikintini Elmar Vəliyev apartdırırdı.

Orada pulların necə səpələndiyini görmüşəm. Baxırdım ki, uçotu-hesabatı olan vəsaitlərlə belə davranmaq mümkün deyildir. Sonradan “Tərtər qətlamı” barədə məlumat aldıqdan və hərdi prokurorun Elmarın doğmaca qardaşı Xanlar Vəliyevin olduğunu öyrəndikdən sonra pulların əsas mənbəyinin harada olduğu barədə nəticə çıxardım.

Açıq etiraf  edirəm ki, artıq beşinci ildir ki, mən çalışıram ki, yolumu Gəncədən salmayım. Çünki qorxuram ki, “Heydər Əliyev Mərkəzi”nin divarlarının şəhidlərimizin qanı ilə boyandığını özümdən asılı olmadan təsəvvür edim və məhv olum.

Xalq nəhayət ki, bir şeyi dərk etməyə və ondan nəticə çıxarmağa borcludur ki, 10 noyabr 2020-ci ildə vətən şəhidlərinin qisasının alınması üçün başını belə verməyə borclu olan İlham Əliyev – Ali Baş Komandan ??? Öz fərdi maraqlarını, Putinlə olan kommersiya, talançılıq maraqlarını üstün tutaraq Lavrovun soxuşdurduğu lazımsız kağıza imza atdı və bununla da 60 min nəfərə yaxın ermənini mühasirədən çıxardı. Xalqın qələbəsini Putinə hədiyyə etdi. Kimlərinsə qulağına pıçıldamış olduğu məna və mahiyyətini dərk edə bilmədiyi kapituliyasiya sözünü tutuquşu kimi xeyli vaxt təkrar edə-edə gəzdi. Belə bir adamın və onun komandasında Putinin iradəsinə qarşı hər hansı bir addım atılacağını gözləmək konkret öz adı ilə ifadə etsək axmaqlıqdır.

Xalq bunun fərqində olmalı, hər şeydən əvvəl bu satqın, xəyanətkar və talançılarla vidalaşmalıdır. Bu cinayətkar çətənin hakimiyyətdə olduğu müddətdə Tərtərə ədalətin gələcəyi barəsində düşünmək özünü aldatmaqdan başqa bir şey deyildir.

Zərərçəkmişlərin yeni yaradılan istintaq komissiyası ilə əməkdaşlıq etməsini qeyri-mümkün, qeyri-etik hesab edir və onlardan çox xahiş edirəm ki, hər hansı addım atmazdan əvvəl biraz düşünüb daşınsınlar.

Mən şəxsən şəhidlərin qanundan formalaşmış dəryaçada üzən İlham Əliyev rejiminə etibar etmirəm və onun bu xalqın dərdinə şərik olacağını qeyri-mümkün hesab edirəm.

Tərtər ədalətin yolu yalnız və yalnız İlham Əliyevin istefasından keçir. Bu hər şeydən əvvəl onun özü və ailsi üçün vacidbir. Əsk halda onun özünün, yaxınlarının və ailəsinin fiziki məhvi gündəmə gələcək və heç kimi bu prosesi saxlaya bilməyəcəkdir.

 

 

Oxucularına dərin hörmətlə:                                Tahir Babayev

                                                                               (055) 577-53-11

                                                                                20.12.2021

Bunu paylaş: