Azərbaycan xalqı susmayacaq

 

Cənab İlham Əliyev, Siz öz hakimiyyətinizin daimiliyini təmin etmək üçün Rusiyadan bərk-bərk yapışır, bu gözəl vətənimizi Rusiyaya yem edir, xalqımızı ikiqat zülm altında qoyur, ən pisi isə Qarabağımızda Rusiya özbaşınalığına öncə şərait yaradıb, sonra da göz yumursunuz…
20-ci əsrin sonlarında dünyanın ən böyük faciəsi olan Xocalıda yüzlərlə soydaşımız xüsusi amansızlıqla Rus alayı və erməni faşistləri tərəfindən soyqırıma məruz qoyuldular. İndi orada Rusiyanın bayrağı 50 metr hündürlüyündə qaldırılır, xalqımıza meydan oxunur. Bununla kifayətlənməyən Rus “sülhməramlıları” sabah Xankəndində “erməni müstəqilliyi” kimi rəzil bir oyunbazlıq edəcəklər, hakimiyyətsə bütün bunlara susur.

İlham Əliyev, Siz susa bilərsiniz, Siz Rusiyaya milli maraqlarımız əleyhinə güzəştlər də edə bilərsiniz, ancaq 44 günlük vətən müharibəsi ilə dünyanı heyrətə gətirən xalqımız Rusların bu antiazərbaycan addımlarına susmayacaq və tezliklə təşkilatlanıb müqavimətini ortaya qoyacaqdır. Buna hər kəs əmin ola bilər. 7 min il dövlətçilik mədəniyyəti olan 60 milyonluq Azərbaycan türkü, 3-4 yüz illik dövlətçiliyi olan, onu da ancaq müharibələrdə keçirən Rusiyaya heç nəyi güzəştə getməyəcək.

Rövşən Öntürk.

Bunu paylaş:

Bir cavab yazın