Azərbaycan və Türkiyə arasında yeni saziş imzalandı

Azərbaycan və Türkiyə arasında yeni qaz kəmərinin tikilməsi barədə müqavilə imzalanmışdır. Sənədləri Azərbaycan tərəfindən Energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfindən isə Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz imzalamışdır. Layihənin icrasını “SOCAR” və “BOTAŞ” şirkətləri həyata keçirəcəkdir.

Türkiyənin İğdır vilayətindən Naxçıvana kimi tikilən təbii qaz kəmərinin uzunluğu 85 km olacaqdır, nəql etmə gücü isə illik 500 mln kubmetr təşkil edəcəkdir. Azərbaycan gələcəkdə Türkmənistan qazını da Avropaya bu kəmər vasitəsi ilə nəql edə bilər. Aldığımız məlumatlara görə, Azərbaycanın “SOCAR”şirkəti Türkmənistan qazının nəqli üçün elan olunan “Tenderdə” qalib gəlmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: