Azərbaycan və Pakistan arasında mühüm qərar

 

Azərbaycan prezidenti İlham Əliyev, Pakistan İslam Respublikasının Baş Qərargah Komitəsinin sədri Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə video – görüş keçirmişdir. Görüş zamanı hər iki ölkə arasında olan qardaşlıqdan söhbət açılmışdır

 

General Nadim Raza Pakistan dövlətinin və xalqının hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirmişdir.
Bu görüş zamanı İlham Əliyev mühüm açıqlama verərək, hər iki dövlətin birgə hərbi təlimlər keçirməsinin vaxtı çatdığını bildirmişdir. Daha sonra Pakistandan yaxın zamanda yeni silahlar alınacağını söyləmişdir. Azərbaycan Pakistanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və Kəşmir məsələsində hər zaman yanında olduğunu bildirmişdir.
Bu görüş onu göstərir ki, regionda Türkiyə, Azərbaycan və Pakistan birliyinə ehtiyac vardır.

Xatırladaq ki, Birləşmiş Millətlər Birliyinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması haqda çıxarılmış 4 qətnamənin qəbulunda Pakistan mühim rol oynamışdır. Pakistan dünyanın ən güclü ordusu və yeganə “Atom” bombasına malik müsəlman ölkəsidir. Yaxın vaxtda Azərbaycan və Pakistan arasında hərbi sənaye üzrə yeni müqavilə imzalanması nəzərdə tutulur.

Mikayıl Əsədov.

Bunu paylaş: