Azərbaycan və Ermənistan arasında yeni siyasi oyun başlayır?

 

Son vaxtlar Ermənistanda siyasi çatların əmələ gəldiyi barədə sizlərə xəbər vermişdik. Bir neçə gündür ki, Baş Nazir Nikol Paşinyan, Qarabağın qondarma statusu ilə bağlı açıqlamalar verməkdə davam edir. O, bu işdə devrilmiş prezidenti — Serj Sarkisyanı günahlandırır. Dəfələrlə qeyd edərək bildirir ki, “Aprel döyüşləri” Qarabağın qondarma statusunu məhv etmiş oldu.

İstərdim ki, Azərbaycan və Ermənistan arasındakı sülh danışığındakı tərəflərin baxışlarını sizlərlə bölüşüm.
Siyasi tərəfdən baxsaq, Paşinyan sanki qondarma status məsələsini qabartmağa calışır. Bir neçə gündür ki, bu məsələyə köklənən erməni baş nazir, daxildə qınaq məsələsini qaldırmağa calışır. Bununla da o, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə siyasi gediş kimi, daxildəki problemləri qabartmaq istəyir. Paşinyanın fikiri erməni ictimaiyyətinin bu məsələyə ciddi etiraz etdiyini qeyd etməkdir.

İkinci bir tərəfdən isə, Paşinyan ermənilərə vəziyyəti anlatmaqla cıxış yollarının olmadığını başa salmaq istəyir. Yəni, indiki müxtəlifətə anlatmaq istəyir ki, ya müharibə və yaxud da sülh. Sülh istəyirsinizsə əgər, rəsmi Bakının şərtlərini qəbul etməlisiniz!.

Fikir versəniz Azərbaycan tərəfi də, Moskva və Brüssel görüşlərindən sonra təzyiqi artırmaq qərarına gəlib. Prezident İlham Əliyevin sonuncu Qarabağ səfəri zamanı da Ermənistana xəbərdarlığının şahidi olduq. O, “ermənilərin bir daha revanşist hislərinin oyanacağı halda, cavablarının ağır olacağını söyləmişdir”.
Ölkə prezidentinin xəbərdarlığından sonra, Azərbaycan Müdafiə naziri Zakir Həsənov da xidməti müşavirə keçirərək, orduya ayıq – sayıq olmaları üçün Əmir verdi. Müdafiə naziri təxribatlara dərhal ağır cavab veriləcəyini də qeyd etdi.
Görünür, bölgədə yeni, siyasi strategiya qurulmaqdadır. Seçim isə Ermənistannındır, ya sülh, ya müharibə. Paşinyan isə qorxur ki, müxalifət hər an onu devirə bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın