Azərbaycan və Ermənistan arasında artan gərginliyin bir nömrəli səbəbkarı Rusiyadır!

Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun orduya “hazır ol və təxribatlara dərhal cavab ver” əmrindən sonra Ermənistan ordusu sərhəddə olduğu kimi Rusiya “sülhməramlıları” nın müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən də atəşkəsi pozmağa başlamışdır. Təxribatlar törədən düşmən qəhrəman ordumuz tərəfindən dərhal susdurulmuşdur. Lakin qeyd edilir ki, bölgədə vəziyyət gərgin olaraq qalmaqdadır.

Bilirik ki, bu gərginliyin arxasında Rusiya, İran və bəzi dövlətlər durmaqdadır.
Rusiya vəziyyəti gərgin saxlamaqla tərəfləri özündən daim asılı vəziyyətdə saxlamağa çalışır.
İran Zəngəzur dəhlizinin açılmasına maneələr yaradır.
Bəzi dövlətlər isə, Azərbaycan arsında qondarma respublika yaratmaq marağındadır.

Bu gün Azərbaycan – Ermənistan arasındakı gərginliyin əsas səbəbkarının Rusiya olduğunu demək olar. Nəzərə alsaq ki, gərginlik əsasən rusun gözünün qarşısında baş verir və bunun Kremldən idarə olunduğu əsasına gəlinir.

Bu yaxınlarda Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşünə nəzər salsaq, nəyinsə dəyişə biləcəyini demək olar. Putinin istəyi Azərbaycan Ermənistan arasında daim qalmaqdır. Ola bilsin ki, Putin Ərdoğan görüşündən sonra Azərbaycan tərəfi yenidən anti-terror əməliyyatlarına başlasın. Əgər bu baş versə, yenidən guya Rusiya araya girəcək və Azərbaycan Ermənistan arasında daimi sülhməramlı yerləşdirəçəkdir. Beləliklə, yeni müharibə əvvəllər qeyd etdiyimiz kimi, Rusiyanın daim bölgədə qalmasına şərait yaradacaqdır. Digər tərəfdən, Rusiyanın Azərbaycan ərazisindən çıxmaq zamanının azaldığını görürük. Putin əlindən gələni edir ki, 5 il müddətini uzatsın və daimi olaraq bölgəyə nəzarət etsin.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın