Azərbaycan-Türkiyə konfederasiyası nə qədər realdır.

Tovuz döyüşlərindən sonra ölkə daxili və ölkə xaricindəki hadisələr xalqımızın Qarabag məsələsi ilə baglı hadisələrə münasibətinin necə oldugunu göstərdi:.İşgal olunmuş torpaqları güzəşt etmək fikri yoxdur və döyüşlərin davam etməsinin tərəfdarıdır.Amma hakimiyyət buna getmədi.
Bütün bu hadisələrin gedişatında Rusyanın Ermənistsnın yanında oldugunu və hətta birgə təlimlərə başladıgını gördük.Buna qarşılıq olaraq Türkiyə dövləti verdiyi bəyanatla sözün əsil mənasında bütün gücü ilə Azərbaycanın yanında oldugunu göstərdi.Naxçıvanada ,eləcə də Azərbaycanın digər bölgələrində avqustun 10-na qədər keçiriləçək birgə hərbi təlimləri ,məsələnin ciddiliyini göstərir.
Bir müddət öncə alim xanım Yasəmən Qaraqoyunlunun Türkiyə-Azırbaycan birgə konfederativ dövlətinin yaradılması haqqında fikirləri olmuşdu.ADP sədri Sərdar Cəlaloglunun da tv-lərdən birində bu konfederasiya haqqında geniş dialoqu var.Müəyyən şərtlər əsasında yaradıla biləcək bu konfederasiyanın Azərbaycanın bölgədə daha təhlükəsiz və güclü hala gələcəyini izah edir.Əslində hər şey deyildiyi kimi olarsa, buna getmək olar. Dünya tarixində bu şəkildə konfederasiyalar çox olub. Ümumiyyətlə, bu fikri dəstəkləyənlərə baxsaq daha çox Türkiyə yönümlü və həqiqi millətçiləri, eləcə də Azərbaycançılıq düşüncəsində olanları görərik.Amma bu ideyanın əksinə çıxanlar da var.- Daha çox Rusya və fars yönümlülər.-təbii ki,-Ermənipərəstlər ilk növbədə olaraq.Sual yaranır :Azərbaycanı idarə edən İlham Əliyev hökuməti buna hazırdırmı?Qısa və konkret -əsla .Əliyev höküməti illərdir balanslaşdırılmış siyasət aparır.Ən azından bu görüntünü verməyə çalışır.Əslində isə öz hakimiyyətini qorumaq üçün Rusyanın istəklərini yerinə yetirir.Türkiyəni isə qardaş dövlət dediyi üçün,xalqda əks fikir yaratmamaq üçün və əsas da iqtisadi maraqlar üst -üstə düşdüyü üçün yanında tutmaq məcburiyyətindədir.Əliyev hökumətinin Türkiyə ilə konfederasiyaya getməməsinin səbəblərindən biridə öz avtoritar idarə etmə üsulunun yox olması təhlükəsidir.Çünkü Türkiyə demokratik dəyərlərlə idarə olunan dövlətdir və Əliyev hökuməti məcbur bunu qəbul etmiş olacaq. Buradan da belə nəticəyə gəlinir ki, nə qədər ki ,bu hakimiyyət var, Azərbaycan-Türkiyə konfederasiyası fikri reallaşmayacaq.

Bunu paylaş: