Azərbaycan Rusiyaya daha sərt etiraz etməlidir

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutmuşdur. Bu telefon görüşü zamanı Qarabağdakı məsələlər müzakirə edilmişdir. Ceyhun Bayramov noyabrın 10-da imzalanmış Qarabağa dair sülh bəyannaməsinin müddəalarının icrasının vacibliyini vurğulamışdır. Belə görünür ki, telefon danışığşı açıq şəkildə ,bir neçə gün əvvəl Sergey Lavrovun Ermənistanın XİN Ara Ayvazyanla görüşü iıə əlaqədar keçirilmişdir. Rusiya və Ermənistan Xİ nazirlərinin jurnalistəri qarşısında çıxışı zamanı, Ayvazyan Türkiyə və Azərbaycana qarşı yenidən heç bir hüquqi əsası olmadan böhtanlar yağdırmağa başlamışdır. Noyabrın 10 -da Rusiya ,Azərbaycan və Ermənistan arasında imzalanmış sənədlərin bəndindən kənara çıxaraq yenidən xəstə erməni xarakteri nümayiş etdirmişdir. Maraqlısı odur ki, bu qondarma fikrə Sergey Lavrov bir söz söyləməmişdir. Üçtərəfli müqaviləyə əsasən, Rusiya hər iki tərəfə nəzarət etməli və müqavilə şərtlərindən kənara çıxılmamalıdır. Bu vəziyyətə Azərbaycan hakimiyyəti Ceyhun Bayramovun telefon zəngi ilə yox, rəsmi dövlət səviyyəsində Rusiyaya etiraz “NOTA” -sı ilə cavab verməliďir.

Mikayıl Əsədov.

 

Bunu paylaş: