Azərbaycan qazı bahalaşıb, bizə nə?

 

Hörmətli xalqımız, Avropa qaz bazarından aldığımız məlumata görə, Azərbaycan qazı 6.5 faiz bahalaşaraq 1250 dolları keçmişdir. Nəzərə alsaq ki, Azərbaycanın Avropaya satdığı qazın dəyəri illik 20 milyard kubmetrdir. Nəzərdə tutulan qaz tədarükünü, hər il artırmaqla Azərbaycan tərəfi Avropaya illik 30 – 40 milyard kubmetr qaz satmaq fikrindədir. Ümumilikdə Avropa qazının 30 faizini Azərbaycan verməli olacaqdır. İllik tələbatı 100-140 milyard olan Avropanın qaz tələbatı Rusiya tərəfindən təmin olunmaqdadır.

Beləliklə, Azərbaycan qaz satışından 100 milyardlarla dollar gəlir əldə etmiş olur.
Lakin Azərbaycan xalqı yenə də səfalət içində yaşamaqdadır. Dünya bazarında Azərbaycan neftinin və qazının rekord qiymətə satılması, İlham Əliyev və məmurlarının cibini doldurmaqdan başqa bir şey deyildir. Fikir versəniz, ölkə daxilində heç bir şeyin dəyişmədiyini, əksinə əhalinin sosial durumunun getdikcə pisləşdiyinin şahidi oluruq. Bu da onu göstərir ki, xalqın xarici gəlirləri ölkə daxilinə xərclənmir. Yəni, neft və qaz gəlirlərinin bir dolları belə xalqa xərclənmir.
İllərdir dünya bazarında Azərbaycan xalqının sərvəti satılsa da, əhalinin yaşam tərzində yüksəlişlərin şahidi olmuruq.
İlham Əliyev və məmurları Azərbaycan xalqının gəlirlərini öz məqsədləri üçün istifadə edirlər.

Azərbaycan daxilində vətəndaşlara təzyiqlər etməklə, onları nəzarətdə saxlamaqla, həbslərlə hədələməklə qorxudurlar. Belə olduğu halda da vətəndaş etiraz səsini çıxartmağa qorxur, məmurlar və başda İlham Əliyev olmaqla millətin gəlirlərini bü cür mənimsəyirlər.
Bununla qeyd etmək istəyirəm ki, dünya bazarında Azərbaycan qaz və neftinin qiyməti 10 qat artsa belə, ölkə daxilində vətəndaşların yaşayış tərzinə heç bir təsiri olmayacaqdır. Səbəbi– həmin gəlirlərin, Azərbaycana çatmamış rejim tərəfindən bölüşdürülməsidir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın