Azərbaycan Milli Məclisi “Las Vegas” kazinolarını xatırladır

 

Hörmətli Azərbaycan xalqı, bildiyiniz kimi, 2022 – ci il dövlət büdcəsi 29 879 000.000 manat təsdiq edilmişdir. Milli Məclisin deputatları bir neçə gündür ki, büdcənin istifadəsi ilə gərgin iş rejimindədirlər. Son 30 ilin ən yüksək dövlət büdcəsi təsdiq edildiyini qeyd edə bilərik.

Bəs niyə “millət vəkilləri” bu qədər gərgin iş qrafiki seçməkdədirlər?
Kimi yolların təmirini, kimi kirayə haqqını, kimi avtomobilini, kimi məzuniyyət pullarını, kimi də maaşlarının artırılmasını tələb edir. Fikir versəniz, deputatların çıxışı yalnız özləri üçün hesablanıb. Məqsədləri büdcə pullarını özləri üçün xərcləməkdir.
Kimsə deyə bilər ki, İlham Əliyevin deputatları, bu günə qədər xalqı düşünüb ki, xalqın xeyrinə bir qərar qəbul etsinlər? . Bəlkə kimsə bilir və görüb?.

Əsla və əsla bu mümkünsüzdür.
Səbəbi sadədir: İlk olaraq, xalqın Milli Məclis üçün deputat seçmək hüququ yoxdur. Hər bir deputat sifarişlə seçilməkdədir!.
Yəni pulunu ver, stolunu al!
Belə olduğu halda da, sifarişli deputatlar xalq tərəfindən seçilmədiyi üçün verdikləri pulu “lotereya” kimi geri qaytarmağa çalışırlar.

Milli Məclis sanki “Las Vegas” kazinolarını xatırladır. Pul ver kazinoya gir və qumar oyna qazan.
Bizim deputatların da məqsədi yalnız qazanmaqdır.
Təbii ki, kazinonun rəhbərinin kim olduğunu anlamaq bir o, qədər də çətin deyildir.
Deputatların aktivliyi bundan irəli gəlir ki, İlham Əliyev Azərbaycan büdcəsnin “Jack Pots” unu rekord məbləğdə etmişdir. “Las Vegas” kazinolarında olduğu kimi, Milli Məclisdə də hər şey milyonlarla hesablanır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın