Azərbaycan manatı devalvasiyaya yaxınlaşır

 

Azərbaycanda hər şey bahalaşmaya doğru getdiyi bir vaxtda, ölkəmizi daha ağır günlər gözləyir. Yaxın zamanda Azərbaycan manatının devalvasiyası gözlənilməkdir. Buna səbəb olan amillər, ölkəmizdə yüksək korrupsiyanın olması, daxili bahalaşma, müharibədən sonrakı vəziyyət və ölkənin ehtiyat pullarının bir qisminin lirə və rublla saxlanılmasıdır. Əsas amillərdən biri isə Türkiyə və Rusiya valyutasının son bir neçə gün ərzində kəskin ucuzlaşmasıdır.

Ölkəmizdə düzgün pul siyasəti aparılmadığından qonşu ölkələrin bu cür problemləri bizə təsir etməkdədir.
Bəs bu devalvasiyadan necə qoruna bilərik? Bunun çox sadə yolu ölkədə olan korrupsiyanı yox etməkdir. Azərbaycanda iqtisadiyyatın inkişafı manatını möhkəmlənməsinə xidmət edir. Bu da onu göstərir ki, İlham Əliyevin və İqtisadiyyat Nazirliyinin verdiyi açıqlamalar xalqın başını qatmağa hesablanır. Hər il İlham Əliyev iqtisadiyyatımızda bir neçə faiz artım olduğunu söyləməkdədir.


Digər tərəfdən isə korrupsiya o qədər güclüdür ki, ölkəmizin gəlirləri ikiqat artsa belə, manatın tənzimlənməsinə kömək edə bilmir. Azərbaycan tək bu ilin yanvar və fevral aylarında neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə etmişdir. Zamanında bu gəlirlərimiz düzgün ( korrupsiyasız) şaxələnsəydi, manatımız devalvasiyaya uğramazdı. Bu vəziyyətdən həmişə olduğu kimi,” qara camaat” əziyyət çəkəcəkdir, necə ki, bu günə kimi çəkməkdədir. Bir sözlə, ölkədə məmurların oğurluğu ucbatından xalqımız yaman gündə yaşamaqdadır.

Mikayıl Əsədov.

 

Bunu paylaş: