Azərbaycan Müdafiə Nazirliyindən düşmənlərə göz dağı

 

Azərbaycan Müdafiə Nazirliyi ilk dəfə olaraq İsrail istehsalı olan, “Barak 8” hava hücumundan müdafiə sistemlərini təqdim etdi. Bir çox imtahandan çıxmış hava hücumundan müdafiə sistemi, dünyada ən yaxşılardan sayılmaqdadır.

İbrani dilində tərcümədə “İldırım” adı verilən bu sistemlər, qısa bir vaxtda döyüş effektliyinə görə hərbçilər arasında “dəmir günbəz” adı almışdır.

“Barak 8” in xüsusiyyətləri tam açıqlanmır. Lakin orta radiuslu havadan müdafiə sistemləri, hətta “ballistik” raketləri aşkar edərək dəqiqliklə məhv etməkdədir. Əminliklə deyə bilərik ki, havada olan təhlükələri anında aşkar edərək məhv etməkdədir.
Aldığımız xəbərə görə “dəmir günbəz” in daha bir üstün cəhəti, eyni vaxta 200 hədəfi aşkarlamağıdır.
Xatırladım ki, bir neçə ay bundan əvvəl, İsrail – Fələstin toqquşmasında Barakların məharətini görmüş olduq. Qəzzadan atılan bütün raketləri İsrail tərəfi, Baraklar sayəsində məhv etmiş oldu.

Əlavə edək ki, bir neçə il bundan əvvəl Azərbaycan tərəfinin sifariş verdiyi barəsində dünya mediasında geniş xəbərlər yayılmaqda idi.
Bu gün isə, ölkəmiz bunu rəsmi nümayiş etdirməkdədir.
Əgər 44 günlük müharibədən əvvəl bu silah sistemləri bizdə olsaydı, inanın ki, Gəncə və Bərdə qətliamı olmayacaqdı.
Bir sözlə, Ermənistan bu gün Rusiyadan hədiyyə olaraq aldığı “İsgəndər” ballistik raketlərini, ya tullaya və yaxud da geri qaytara bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın