Azərbaycan iqtisadiyyatını neft -qaz gəlirləri yox ,korrupsiya və rüşvətxorluq təşkil edir.

Dûnən Prezidenti İlham Əliyev “Abşeron “qaz yatağının yeni mərhələyə qədəm qoymasının acılışında iştirak edərək ,Azərbaycan nefçilərini təbrik etmişdir. Azərbaycan Prezidenti öz çıxışında gəlirlərimizin və iqtisadiyyatin əsasının neft -qaz sektorundan asılı olduğunun bildirmişdir. Ilham Əliyevin sözlərine görə, neftçilərimizin qəhrəmancasina əmək sərf etmələri dövlətimmizin maraqlarina və gələcəyinə xidmət etdir. Maraqlıdır,bəs nə üçün Azərbaycan hakimiyyəti neft -qaz gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatımızın yalnz bu gəlirlərdən asılı olmamasından ötrü bir qanun layihəsi təsdiq etməmişdir.Xalq çox gözəl anlayır ki ,belə məhsullar nə vaxtsa tükənəcək. Hər il bu məhsullardan gələn gəlirlərin 10 faizindən qeyri-neft sektoruna yatırımlar olunsaydi, indiki vaxt Azerbaycanın dûnya bazarlarinda neft -qaz satişina ehtiyac olmazdi. Azerbaycan hakimiyyətinin iqtisadiyyatını neft -qaz gəlirləri yox ,korrupsiya və rüşvətxorluq təşkil edir.

İmza; Mikayıl Əsədov.

 

Bunu paylaş: